SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Məgər siz bank olaraq öz güvənilir sisteminlə deyil..." - Kapital Bank-da nələr baş verir?

"Məgər siz bank olaraq öz güvənilir sisteminlə deyil..." - Kapital Bank-da nələr baş verir?

Tarix:

17-08-2020, 01:24

/ 1 297 dəfə oxundu.
"Məgər siz bank olaraq öz güvənilir sisteminlə deyil..." - Kapital Bank-da nələr baş verir?

Sosial şəbəkə istifdəçisi Jalə Səmədova Kapital Bank-dan şikayətçidir. Jalə Səmədova öz şikayətində yazır:

Salam. Şikayətim Kapital Bank dandır. Deməli, bir ay əvvəl online alış-veriş zamanı kartımdan təqribən 33 manat çıxıldı.
10 gün əvvəl Expargo kargo şirkətindən öyrəndim ki, məbləğ onların hesabına ötürülməyib. Bir bank üzərindən banka müraciət etdim və müvafiq screenləri təqdim etdim. 5 iş günü ərzində araşdırılıb geridönüş ediləcək deyildi.
Jalə Səmədova buna qədər hər şeyin yaxşı olduğunu lakin, bundan sonra heç də özünə hörmət edən banka yaraşmayan hadisələr baş verdi. Jalə Səmədova daha sonra başına gələnləri belə nəql edir:
Dünən çox gülməli şəkildə zəng edib deyirlər ki, sizin screeniniz dolğun deyil. Yeni sübutlar yollayın. Məgər siz bank olaraq öz güvənilir sisteminlə deyil, screenləmi yollayırsan pulumu geri?!
Məgər sizin o dağ boyda sisteminizdə göstərmirmi məbləği digər hesaba köçürməmisiniz? Mən niyə bir aydır, boş-boşuna gözləməliyəm?
Ya da screen əgər kifayət deyildisə o vaxt qəbul edib niyə 8 gün gözlədib, zəng edib üzsüzcə screen kifayət qədər dolğun deyil araşdırmadıq deyirsiniz. Niyə məlumatı tam dolğun vermirsiniz ki, biz də sizə DOLĞUN (hər nə istəyirsinizsə artıq) tapaq göndərək.
Məbləğ özümün deyil, başqa birinindir, sadəcə mənim kartımdan istifadə etmişik. Niyə məsuliyyətsizliyinizlə mənim üzümü camaatın yanında qara edirsiniz?!
Bu bankdan tezliklə imtina edirəm onsuz!
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az
"Məgər siz bank olaraq öz güvənilir sisteminlə deyil..." - Kapital Bank-da nələr baş verir?

Şərhlər

XƏBƏR LENTİ