"Unibank" kartlarında problem: - Pul silinir, ödəniş gerçəkləşmir
"Unibank" ASC-nin müştəriləri tərəfindən bankla bağlı narazılıqlar və şikayətlər davam edir.
“MediaPost”un məlumatına görə, şikayət banka məxsus plastik kartların balansından vəsaitlərin silinməsi ilə bağlıdır. Bank müştərilərinin sözlərinə görə, bəzi hallarda kartın balansında olan məbləğ mənfi olaraq göstərilir. Bir digər hallarda isə kartla ödəniş edildikdə məbləğ hesabdan çıxsa da, ödəniş gerçəkləşmir və qarşı tərəfin hesabına yatmır.
Qeyd edək ki, "Unibank" kartları ilə bağlı oxşar problemə artıq uzun müddətdir ki, rast gəlinir.
Daha əvvəl də "Unibank" müştərilərinin kartlarından vəsaitlər silinmiş, bu da müştərilər arasında ciddi narahatlıq yaratmışdı. Məsələ ictimailəşdikdən sonra isə problem həllini tapmışdı.

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı