XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » ABŞERONDA KİM-KİMƏDİR, KİM-KİMƏ…FOTO-VİDEO

ABŞERONDA KİM-KİMƏDİR, KİM-KİMƏ…FOTO-VİDEO

ABŞERONDA KİM-KİMƏDİR, KİM-KİMƏ…FOTO-VİDEO
14-08-2020, 00:58

Şəhriyar Şəmşirli Masazırda məskunlaşan Kəlbəcər köçkünlərinə üstün imtiyazlar verib

Abşeron rayonunun Masazır qəsəbəsində yaşayan Əliyev Mirəhməd Mirhüseyn oğlu redaksiyamıza müacət edərək, onun özünü və bir çox başqa qonşularını narahat edən problemlərlə tanış olmağımız və məsələni ictimailəşdirməyimiz üçün qəsəbəyə dəvət etmişdir.

Redaksiya göndərişi ilə müraciətdə qeyd olunan ünvana – Masazır qəsəbəsinin yeni salınmış «Qarabağ» küçəsinə yollandıq. Mirəhməd Əliyev və daha bir neçə nəfər qəsəbə sakini bizi qarşılayıb problemlərindən danışdılar. Bildirdilər və əyani olaraq göstərdilər ki, həmin ətrafda kanalizasiya sistemi bərbad vəziyyədə olduğundan, çirkab sular daşıb küçəyə axır, relyefdəki çökəkliklərə dolaraq murdar gölməçələr əmələ gətirir və həndəvərdə yaşayan sakinlərin sağlamlığına təhlükə törədən antisanitar vəziyyət yaradır.Amma qəsəbənin qeyd olunan nahiyəsində yaşayanların həlli vacib infrastruktur problemləri bununla bitmir. «Qarabağ» küçəsində normal elektrik təminatı da yoxdur. Mövcud xəttdə yetərli gərginlik olmadığından, işıqlar közərir, məişət elektrik avadanlıqları və cihazları sıradan çıxır. Sakinlərin sözlərinə görə, elektrik təminatı üçün müraciət etdikləri “Azərenerji” ASC-nin rəhbəri cənab Vüqar Əhmədov onlara həssas yanaşıb; əraziyə transformator qoyulub, mənbədən naqilləri daşıyacaq dirəklərin də çoxu basdırılıb. Di gəl, bu məqamda başqa bir poroblem ortaya çıxıb:

Qəsəbənin yuxarı məhəllələrində məskunlaşmış əsasən Kəlbəcər və Laçın rayonlarından olan məcburi köçkünlər öz həyətlərinin yaxınlığından yüksək gərgnlikli elektrik xəttlərinin keçməsinə qarşı çıxıblar. Belə olan halda “Azərenerji” mənsubları daha təhlükəsiz variant təklif ediblər – xətti yer altı ilə keçirmək üçün keyfiyyətli izolyasiya örtüyünə malik kabellər gətiriblər. Lakin köçkünlər buna da etiraz ediblər və nəzərdə tutulan işləri görülməsinə aktiv surətdə maneçilik törədiblər. Onlar belə bir arqument irəli sürüblər ki, əgər həyətlərinin yaxınlığından yüksək gərginlikli elektrik xətti keçərsə, gələcəkdə evlərinə çıxarış sənədi (“kupça”) almaq istəyəndə bürokratik əngəllə üzləşə bilərlər.»Qarabağ» küçəsində yaşayanlar həmçinin bildirdilər ki, yuxarı məhəllələrin sakinləri məskunlaşdıqları əraziləri daha əvvəl zəbt etdiklərinə görə özlərini haqlı hesab edirlər. Ərazidə çəkiliş aprarkən rast gəldiyimiz “Azərenerji” ASC-nin əməkdaşından – Allahşükür adlı mühəndisdən öyrəndik ki, hazırlıq görülən, lakin dayandırılan işlərin məlum səbəbdən layihəsi tutulmadığına görə təmsil etdiyi qurum qətiyyətli hərəkət edə bilmir, yuxarı və aşağı məhəllələrin sakinlərinin ümumi dil tapacaqları zamanı gözləmək məcburiyyətindədir.Lakin, » Qarabağ » küçəsi sakinlərinin söylədikləri başqa bir versiya da diqqətəlayiqdir. Onların sözlərinə görə, yuxarı məhəllələrin sakinləri öz həmyerlilərinə — Abşeron rayon Polis İdarəsinin rəisi, əslən Kəlbəcər rayonundan olan məşhur Qurbanovlar nəslinin nümayəndəsi Şəhriyar Şəmşirliyə güvənir və ondan gördükləri lazımi dəstəyə görə özlərini “aşağıdakılara” nisbətən üstün imtiyazlı sayırlar.Doğrudur, Laçın əsilli qəsəbə icra nümayəndəsi Şahlar bəy ilə yerli bələdiyyə sədri kommunal problemi üçün sorumlu olsalar da, elektrik təminatı məsələsinin dolaşmış düyününü çözməyə yetəcək iqtidarda deyillər. Amma Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini İlham Quliyev də bu işi sahmana salacağını vəd etməsinə baxmayaraq, sonradan sözündən geri durmuşdur. Amma icra başçısı İradə Gülməmmədovanın vəziyyətə müdaxilə etməsi vacibdir. Çünki qarış-qarış satılan rayon ərazisinin zəbt olunmasına göz yuman əsas şəxs məhz odur. Rayon rəhbəri və onun dəllal funksionerləri torpaqları ucdantutma satanda gələcəkdə yarana biləcək infrastruktur çətinliklərini nəzərə almalıydılar. Hərçənd, bunu onlardan gözləmək sadəlövhlükdür.
P.S. Qeyd edək ki, biz, hadisə yerinə çatana kimi «Azərişıq»ASC-nin əməkdaşları qəsəbədə işə başlayan zaman «Qarabağ» küçəsinin sakinləri, o,cümlədən «yuxarı qarabağlılar-kəlbəcərlilər və laçınlılarla,»aşağı qarabağlılar- ağdamlılar və fizulilər arasında qarşıdurma yaranan zaman Kəlbəcərdən olan Abşeron Polis İdarəsinin rəisi cənab Şəmşir Qurbanov nədənsə bu qarşıdurmaya müdaxilə etmək istəməyib. Əslən Şuşadan olan xanım İcra başçısı İradə Gülməmmədova isə bu olaylarla bağlı heç maraqlanmaylbda.
Bələdiyyə sədri və Laçından olan qəsəbə icra nümayəndəsi Şahlar Həsənov isə vəziyyətin qızışdığını görüb təzyiqim qalxdı deyərək aradan cırıblar.
Qalxan isə, sakinlərin qarğış, söyüş ah-naləsi və boğucu kanalizasiya iyi və günü-gündən artan probləmlər oldu.
Mövzuya qayısacağıq.

Deryaz.az

ABŞERONDA KİM-KİMƏDİR, KİM-KİMƏ…FOTO-VİDEO

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.