Bakının bu küçəsində ağacların dibi betonlandı - FOTOLAR
Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən ərazidə ağacların dibi betonlanıb.
Həmin ərazidə bir neçə ağac bu vəziyyətə salınıb. Eyni zamanda ağacların arxasındakı ərazi hasarlanıb. Ərazidə yaşayan sakinlərin verdiyi məlumata görə, bunu etməkdə məqsəd ağacları məhv edərək onların yerində hündürmərtəbəli bina inşa etməkdir.
Qeyd edək ki, həmin ərazidə bir neçə tikinti şirkəti yerləşir. Sakinlərin sözlərinə görə, hasarlanan ərazidə də hündür şam ağacları olub və daha sonra onlar kəsilib. Ərazinin kimə satıldığı isə məlum deyil.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Unikal.org-a açıqlamasında bildirib ki, sözügedən məsələ nəzarətə götürülüb. Onun sözlərinə görə, artıq nazirliyin əməkdaşları tərəfindən həmin ünvanda araşdırmalar aparılır.




Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı