XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » BŞDYP-nin əməkdaşları aeroport yolunda sürücülərə divan tutur

BŞDYP-nin əməkdaşları aeroport yolunda sürücülərə divan tutur

BŞDYP-nin əməkdaşları aeroport yolunda sürücülərə divan tutur
24-04-2017, 17:30

Nəqliyyat nazirliyinin nəzarət kameraları radarlıq da edir…
Bakı Şəhər Dövlət Yol Polisi əməkdaşları sürücüləri haqlı-haqsız cərimələməkdə davam edirlər. Ümumiyyətlə, BŞDYP-nin harda təhsil aldığı bilinməyən, hansı əsaslarla və hansı diplomla yol polisi əməkdaşı olduğu bəlli olmayan əməkdaşları haqq-nahaq insanların haqqına girir, onları nə yolla olur-olsun cərimələməyə çalışırlar. Hansı ki, onların bundan da başqa da vəzifələri var.
Məsələn, yollarda yaranmış tıxacların aradan qaldırılmasına yardımçı olmaq, yolun hərətini tənzimləmək və ən əsası qəza şəraiti yaratmamaq. Hansı ki, əksər yol polisləri yolun hərəkət istiqamətində sürücünü saxlamaq, özü və sürücünün qəza şəraiti yaratmasına nail olmaq və hətta buna görə, sürücünü bir daha tənbeh etmək kimi hallar adi hala çevrilməkdədir.
Bakı şəhərində Azərbaycan Respublikasının prezidentinin də hərəkət xəttinə aid olan hava limanı yolunda artıq avtomobil idarə etmək mümkünsüz olub. Son bir neçə aydır bu yolda BŞBPİ-nin əməkdaşları sözün həqiqi mənasında at oynadır. BŞDYP-nin əməkdaşları bu yolda sürücüləri haqlı-haqsız cərimələməklə məşguldur.
Daxil olan məlumata görə, BŞDYP-nin əməkdaşları saat 10:00-dan (Prezident keçdikdən sonra ) sonra bu yolda sürücülərə qənim kəsilir. Bahalı və sürətlə avtomobil idarə edən şəxslərə gözün üstə qaşın var deyə bilıməyən bu yol polisi əməkdaşları acıqlarını kasıb-kusubdan çıxırlar.
BŞDYP aeraport yolunda yeni və analoqsuz qaydalar tətbiq ediblər. Bu qaydalar hansı qanunla və kimlər tərəfindən tənzimlənir bax bunu da deyən yoxdur.
Məsələn, Koroğlu dairəsindən hava limanı istiqamətində yolun sürət tablosunda sürət həddi 120 km göstərildiyi halda sol dirəklərin birinə radar işarəsi və ondan bir az aralıda sürət həddini 100 km göstərən adi bir lovhə dirəyə bərkidilib. Guya ki, bu yolda sürət həddi 100 km saatdır. Əgər elədirsə elektron sürət tablosunda sürət həddi nədən 120 km göstərir.
Daha bir maraqlı məqam. Nəqliyyat və Rabitə İnformasiya Texnologiyalar Nazirliyinin yollara nəzarət kameraları nə zamandan radar funksiyası rolunu oynayır? Bu hansı qanunla tənzimlənir? Kim verib bu səlahiyyətləri onlara?
Nəqliyyat nazirliyinin nəzarət kameraları sürət həddini neçə müəyyənləşdirir? Ünvana göndərilən protokollarda heç bir dəqiq qeyd göstərilmir. Sadəcə siz filan ərazidə filan sürətlə radara düşmüsüz yazılır. Sürücü buna nədən inanmalıdır? Bu sürət həddini hansı qanunun tənzimlədiyi radar qeydə alır? Sürücü bu radarın düz işlədiyinə necə ianana bilər? Bunlar da yoxdur. Sadəcə radarın var və ödə…
Daha bir maraqlı məqam.
Bakı Şəhər Dövlət Yol Polisi idarəsində daha bir əməl. Sürücü cəriməsini aylarla ödəyə bilmir. Ümumiyyətlə, insanların əksəriyyəti cərimələrini poçt vasitəsi ilə ödəyir. Amma BŞDYP-nin MMX-larını aylarla ödəmək mümkün deyil. Poçtdan bildirirlər ki, MMX görünmür və ödəyə bilməzsiz.
Yalnız günün biri qərar açılır və yol polisi səni cəriməni ödəməməkdə günahlandırıb maşını cərimə meydançasına aparır. Hələ bu da son deyil. Maşını çıxarmaq üçün BŞDYP-nin müvafiq və qapısı bağlı olan otaqlarına getməlisən.
Bu otaqlarda sənə bildirirlər ki, sizin MMX-ya görə olan borcunuzun üzərinə elə bir o qədər dəbbə pulu gəlib. Vətəndaş mən poçtda bu cəriməni ödəyə bilmədim dedikdə “nağıl danışma get cəriməni ödə” cavabını alır. Beləcə, 40 manatlıq cərimə BŞDYP-nin qərarsızlığı üşündən 70 manat olur. Bu prosess illərdir davam edir və burda bir səbəb var.
Maraqlıdır, MMX niyə aylarla görünmür? Bu MMX-nı ödəmək istəyən vətəndaş niyə ödəyə bilmir? Bu suallara hələ də aydınlıq gətirən yoxdur.
Son olaraq BŞDYP-nin rəisi Nuşirəvan Səfərovun diqqətinə çatdırmaq istəyirik ki, Azərbaycan qanunlarla idarə olunan və qanunların aliliyi hətta ölkə başçısı tərəfindən qorunan və əməl edilən bir ölkədir. Bu ölkdə hər kəs öz qanunlarını tətbiq edib milyonlar qazana bilməz.
Bilsə belə sonda keçmiş MTN şefi Eldar Mahmudovun gününə düşər. BŞDYP-nin rəisi öz işçilərinə və nəzarətindəki rəhbər şəxslərə bunu anlatmalı başa düşməyənləri isə vəzifədən uzaqlaşdırmalıdır. DYP-nin savadsız əməkdaşlarına qaunları öyrədin yoldaş general. Onlara anladın ki, işləri yalnız cərimə yazmaqdan ibarət deyil. Sadəcə yadlarına salın ki, vətəndaşların hamsı haqsız və onlar kimi savadsız da deyil. BŞDYP-nin əməkdaşlarının qanunsuz əməlləri ilə bağlı ciddi araşdırmalarımız olacaq.
Bizimxeber.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.