Fahişəlik və qumara görə ağır cərimələr tətbiq edilir
Azərbaycanda fahişəliyə və qumar oyunlarına görə inzibati cəza ilə yanaşı, cərimələr də tətbiq edilir.
Məlumata görə, bu, Cinayət Məcəlləsinin 244-cü (Əxlaqsızlıq yuvaları saxlama) və 244-1-ci (Qumarxana təşkil etmə və ya saxlama) maddələrinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Maddə 244-ün 1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) bəndində “400 saatdan” sözlərindən əvvəl “2500 manatdan 3500 manata qədər” cərimə sözləri əlavə edilir.
Maddə 244-1-in 1-ci (Qumarxana, yəni, qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama) bəndində isə “2 ilədək” sözlərindən əvvəl “10 000 manatdan 15 000 manata qədər” cərimə sözləri əlavə olunur.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib, aprelin 25-də müzakirəyə çıxarılacaq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...