XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Deputatdan ittiham: “TƏBİB həkimlərə ayrılan pulları vermir”

Deputatdan ittiham: “TƏBİB həkimlərə ayrılan pulları vermir”

Deputatdan ittiham: “TƏBİB həkimlərə ayrılan pulları vermir”
5-08-2020, 11:08

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) tənqid edib.

Deputat Oxu.Az-a açıqlamasında bildirib ki, iki ay öncə Lənkəranda poliklinikada işləyən həkimlər onun qəbulunda olublar.

“Onların hamısına söz verilmişdi ki, maaşları üç-beş dəfə artıq olacaq. Həmin həkimlər həyatlarını riskə atırlar”, - deyə R.Quliyev söyləyib.

Millət vəkili deyib ki, TƏBİB həmin həkimlərə ayrılan pulları vermir:

“Ona görə də yanıma şikayətə gəldilər. Şikayət ərizəsini götürdüm, neçə dəfə çalışdım ki, TƏBİB-lə əlaqə saxlayım. Məcbur olub iyunun 12-də TƏBİB-ə məktub yazdım”, - deyən R.Quliyev əlavə edib ki, bu günə qədər qurum onun müraciətinə cavab verməyib.

Parlamentari qeyd edib ki, avqustun 4-də TƏBİB-ə zəng edib və deputat kimi onlarla danışmaq istədiyini bildirib:

“TƏBİB-in bu məsələ ilə bağlı yanaşmasında iki qəbahət var: həkimlərə pul verilməyib və mənim müraciətimə 40 gündən çoxdur reaksiya göstərilməyib. TƏBİB məsuliyyətini başa düşməlidir. Mən TƏBİB-in başqa işlərinə qarışmıram, amma əlimdə olan faktları deməliyəm”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.