Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı verdi
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları və müxtəlif ərzaq sovqatlarının verilməsi başa çatıb.
Aksiya respublika üzrə 100 mindən çox aztəminatlı ailəni əhatə edib.
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri aztəmimatlı ailələrin evlərinə baş çəkərək onları bayram münasibətilə təbrik ediblər. Ailələrə ətlik cins heyvanların xüsusi ət kəsimi yerlərində kəsilərək ayrı-ayrılıqda qablaşdırılmış paylar və ərzaq sovqatları çatdırılıb.
Qeyd edək ki, Mehriban Əliyevanın tapşırığı ilə bundan əvvəlki dövrlərdə də müxtəlif bayramlar, əlamətdar günlər münasibəti ilə həssas əhali qrupları, aztəminatlı ailələrlə bağlı minlərlə ailəni əhatə edən dəstək layihələri həyata keçirilib. Bu cür aksiyalarda məqsəd xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək göstərmək, müxtəlif bayram və əlamətdar günləri onlarla birlikdə qeyd etməkdir.

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı