SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Məşhur şirkət 7 azərbaycanlı tələbənin sənədlərini itirdi – İDDİA/FOTO

Məşhur şirkət 7 azərbaycanlı tələbənin sənədlərini itirdi – İDDİA/FOTO

Tarix:

30-07-2020, 00:55

/ 1 529 dəfə oxundu.
Məşhur şirkət 7 azərbaycanlı tələbənin sənədlərini itirdi – İDDİA/FOTO

Mən və məndən əlavə 7 tələbə “FedEx Azerbaijan” vasitəsilə “University of Warsawa”ya sənədlərimizi yola saldıq. Ancaq onlar sənədləri itirdilər və məsuliyyəti öz üzərlərinə götürmürlər. Bizə deyirlər ki, buna görə “SilkWay” şirkəti məsuliyyət daşıyır. Bizim taleyimizlə oynayırlar və 21 sənəddən hələ də xəbər yoxdur”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Cabir Kəngərli adlı istifadəçi sosial şəbəkədə qeyd edib. Onun sözlərinə görə, şirkət sənədləri itirdiklərini qəbul etməyərək, universitetə yalan məlumat göndərmək istəyib:
“FedEx Azerbaijan”, sizin məsuliyyətsizliyiniz ucbatından hal-hazırda son 1 ildə çəkdiyim bütün əziyyət yerə dəydi. Bir şirkət olaraq təhvil alınan sənədləri yolda itirmək nə deməkdir? 1 yox, 2 yox, həm də 7 tələbənin. 7 gələcəyi silirsiz hal-hazırda, 7 ailənin günahını öz üzərinizə götürürsünüz, 7 gəncin yuxusuz gecələrdə çəkdiyi əziyyəti bir çırpıda yerə vurursunuz. Bu qədər asandır bu işlər? Əməkdaşınız şirkətin sənədlərimizi itirdiyini qəbul etməyib yalandan universitetə yazmaq istəyir ki, pandemiya və hava şəraitinə görə gecikmə baş verir. Niyə bir şirkət olaraq rəsmi quruma yalan danışmağa çalışırsınız? Tələbə yoldaşımız Nihad orda olmasa idi elə də göndərəcəkdiniz maili hamının adından.
Əməkdaşlarınız bu problemi 23 iyuldan indiyənədək bildiyi halda, bizə yalnız bu gün xəbər verir. Bu necə məsuliyyətsizlikdir? Hətta bizə şirkət əməkdaşları bildirir ki, sizə geri ödəniş etməyəcəyik və belə bir öhdəliyimiz yoxdur sizə qarşı. Budur sizin göstərdiyiniz xidmət? O tələbələrin arasında hal-hazırda atası ön cəbhədə vuruşanı var, budur sizin dövlətinizin dayağında gecə-gündüz duran zabitə, əsgərə, hərbçiyə olan hörmətiniz?

Sizdən bu məsələ ilə bağlı ən operativ yenilikləri gözləyirəm və tələb edirəm ki, həm pulumuz qaytarılsın, həm də universitetə şirkət adından rəsmi mail göndərilsin ki, yolda itən sənədlərlə bağlı tam məhsuliyyət daşıyırsız və tələbələrin sənədləri yenidən göndərməsinə əlavə vaxt verilsin”.
Cabir Kəngərli yaranan problemlə bağlı, şirkətə müraciət edərək, ödənişi geri tələb etiyini bildirsə də, şirkətdən ödənişin geri qaytarılmayacağı yanlız yenidən sənədlərin pulsuz göndərilməsinin mümkün olduğu bildirilib.
Qeyd edək ki, sənədləri itirilən tələbələr arasında Cabir Kəngərli ilə yanaşı, Nihad Eminov və Gülnarə Əliyevanın da olduğu qeyd olunub.

Məsələ ilə bağlı şirkətinin direktoru Şaiq Qəribzadə ilə əlaqə saxladıq. O, Yeniavaz.com-a açıqlamasında sözügedən sənədlərin hələ ki, itmiş sayılmadığını bildirdi: “Çünki əməkdaşlıq etdiyimiz “SilkWay” şirkəti lazımı yerlərdə araşdırma aparır. Araşdırma bitdikdən sonra bizə rəsmi formada mail göndərməlidirlər ki, təəssüflər olsun ki, araşdırmalarımız nəticə vermədi və sənədləri tapa bilmədik. Bundan sonra biz sənədləri itmiş olaraq qiymətləndirə bilərik. Gün ərzində TNT vasitəsilə bir milyon poçt gedir və sənədlərin itmə faizi də bir faizdir. Bizim öhdəliyimiz tələbələrin imza atdığı sənədin ən sonunda qeyd olunub. O öhdəliklərdən biri də odur ki, həmin sənədləri yenidən təmənnasız şəkildə, öz hesabımıza göndəririk.
Biz bir neçə variantda tələbələrə köməklik göstəririk. Həmin universitetə rəsmi formada mail göndərərək bildirmişik ki, bizdə yaranan problemlərə görə bu tələbələrin sənədləri vaxtında çatdırıla bilmir və onlara möhlət verəsiniz. Tələbələr bizə yenidən müraciət ediblər və istəyirlər ki, universitetə yenidən elektron məktub göndərək . Çünki hər bir tələbənin ayrı-ayrılıqda fərqli problemləri var, elə tələbə var ki, onun sənədinin nüsxəsi deyil də, əsili itib. Biz tələbərə bildirmişik ki, istədikləri müraciəti yazsınlar, biz göndərək. Bundan əlavə bildirmişik ki, ayrı-ayrılıqda problemlərini bizə bildirsinlər. Bəziləri qeyd edirlər ki, universitetimiz bağlıdır sənədləri yenidən verməyəcəklər. Biz çalışacağıq ki, Təhsil Nazirliyinə məktub göndərək, hansı universitet sənəd vermirsə onlara müraciət edək. Burda biz tərəfdən məsuliyyətsizlik yoxdur, sadəcə tələbələr emosianal davranırlar. Həmin vaxt 200-dən çox şirkətin, dövlət qurumların bağlamaları da olub. 99% hər biri tapılacaq”.
Məşhur şirkət 7 azərbaycanlı tələbənin sənədlərini itirdi – İDDİA/FOTO

Şərhlər

XƏBƏR LENTİ