XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Mədən ərazilərini zəbt edənlər niyə cəzasız qalır? — FOTOLAR

Mədən ərazilərini zəbt edənlər niyə cəzasız qalır? — FOTOLAR

Mədən ərazilərini zəbt edənlər niyə cəzasız qalır? — FOTOLAR
29-07-2020, 11:55

Bayıl-20-ci yaşayış sahəsinində neft mədəninin ərazisində o qədər qanunsuz evlər tikilib ki, artıq bir neçə neft quyusunda zəruri hallarda müvafiq təmir-bərpa işlərinin aparılması xeyli çətinləşib. Bu quyularda hər hansı qəza, partlayışın baş verməsi ətrafda yaşayan insanlar üçün həyati təhlükə yaradır. Lakin bütün bunlara baxmayaraq mədən ərazilərində məskunlaşma günü-gündən artır.

Acınacaqlı vəziyyət

“Bibiheybətneft" Neft-Qazçıxarma İdarəsinin (NQÇİ) 3 saylı mədən ərazilərində, Elçin Əzizov küçəsində isə vəziyyət daha da acınacaqlıdır. Burada bəzi evlər neft quyusundan 1-2 metr məsafədə inşa olunub. Bu cür ərazilərdə radiasiya fonu normadan dəfələrlə çox olduğundan mədən ərazilərində uzun müddət yaşamaq insanlarda xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilər. Bəzi işbazlar çarəsiz insanların çətin vəziyyətindən istifadə edərək onlara ucuz qiymətə ev, torpaq vəd edirlər. Həmin vədlərə aldananlar bu cür təhlükəli, üfunət qoxulu, heç bir şəraiti olmayan ərazilərdə yaşamağa məkhum olurlar. Düzdü qısa müddət sonra onların çoxu bu addımlarından peşman olurlar, lakin artıq gecdir.
Vətəndaşların qanunlara tabe olmasını təşviq etməli olan bəzi məmurlar isə bunun əksi istiqamətində fəaliyyət göstərir, nələrinsə müqabilində mədən ərazilərinin zəbt olunub qanunsuz tikinti işlərinin aparılmasına göz yumurlar.

İntiqamın “biznesi”

Fərhadov İntiqam Çərkəz oğlu xeyli vaxtdır “Bibiheybətneft“ NQÇİ-nin 3 saylı mədən ərazisini zəbt etdib tikdiyi evdə yaşayır. Bir neçə maklerlə əlbir olan İntiqam Fərhadov indi də zəbt etdiyi əraziləri genişləndirərək qazanc əldə etmək həvəsinə düşüb. O iyulun 24-dən başlayaraq 3 gün ərzində yaşadığı evin ətrafında əlavə iki dənə də ev tikib. Mühafizəçilərin xəbərdarlıqlarına məhəl qoymayan İntiqam Fərhadov Səbail Bələdiyyəsinin 2004-cü ildə verdiyi sərəncamla bu torpağın ona məxsus olduğunu bildirib. Lakin bələdiyyədən aldığı sənəd ona mədən ərazisində tikinti işlərinin aparılmasına icazə vermir. Çünki qüvvədə olan normativ-hüquqi aktlara əsasən neft quyularından minimum 300 metr məsafədə şəxsi tikinti işlərinin aparılması qadağandır.

Passiv qalan məmurlar

İntiqam Fərhadovun tikinti apardığı 3 gün ərzində mühafizəçilər tərəfindən Daxili İşlər Nazirliyinin 102 xidmətinə 12 dəfə, Səbail Rayon Polis İdarəsinə isə 9 dəfə müraciət olunsa da, mədən ərazisinin qanunsuz zəbt olunmasına qaraşı hər hansı tədbir görülməyib.
İntiqam Fərhadov açıq-aşkar şəkildə etiraf edir ki, sonuncu 2 evi satmaq məsədilə tikib. Maklerliklə məşğul olan Hamlet adlı şəxs artıq ona müştərilər də tapıb. Cəbrayıl rayonundan məcburi köçkün olduğunu deyən İntiqam Fərhadov ətrafdakı boş mədən ərazilərində də ev tikib satacağını bildirir. Görünür qanunsuz əməllərinin cəzasız qalması İntiqamı “biznesini” daha da genişləndirməyə həvəsləndirib. Onun “görüm-baxım” elədiyi məmurlara isə nə mədən ərazilərinin zəbt olunması, nə də təhlükəli ərazilərdə məskunlaşan vətəndaşların sağlamlığı maraqlı deyil.
Mədən ərazilərini zəbt edənlər niyə cəzasız qalır? — FOTOLAR




XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.