Dövlət Agentliyi bu il 54 137 nəfəri işlə təmin edib - Rəsmi
Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 54 min 137 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə təmin olunub.
Bu barəd nazirlikdən məlumat verilib.
Əsasən həssas əhali qruplarından ibarət olmaqla 12 min nəfərin özünüməşğulluq proqramına cəlb olunması işləri aparılıb, onlardan artıq 3500 nəfər proqrama cəlb olunub. Ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb, habelə 38,4 min nəfər peşə hazırlığına və peşəyönümü tədbirlərinə cəlb edilib.
16 rayon və şəhərdə keçirilən əmək yarmarkalarında 1 150 nəfər işlə təmin olunub. Yanvar-may aylarında “Məşğulluq” altsistemində vakansiyaların qeydiyyatı da davam edib və altsistemdə 45,6 min vakansiya qeydiyyata alınıb.

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı