SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Onlarla səfirimiz Bakıya geri çağrılaraq həbs ediləcək - ŞOK İDDİA

Onlarla səfirimiz Bakıya geri çağrılaraq həbs ediləcək - ŞOK İDDİA

Tarix:

18-07-2020, 13:40

/ 6 400 dəfə oxundu.
Onlarla səfirimiz Bakıya geri çağrılaraq həbs ediləcək - ŞOK İDDİA

"Son dönəmlərdə hakimiyyət daxilində ciddi təmizlənmənin getdiyi faktdır və fakt olanı həm də bu təmizləmədə iqtidar düşərgəsinin əsasən Rusiya yanlılarından təmizlənməsidir. Başda Ramiz Mehdiyev olmaqla onlarla vəzifəli şəxsin məhz Kremlə bağlılığı həm yerli KİV-də səslənən iddialarda təsbit olunur, həm də ayrı-ayrı faktlarla". Bu sözlər DİA.AZ-a göndərilən məqalədə yer alıb.

Daha sonra məqalədə qeyd olunur ki, konkret olaraq son dəyişiklik zamanı Elmar Məmmədyarovun "vurulması"nı da hakimiyyətin Rusiyayanlı daha bir məmurdan təmizlənməsi kimi qəbul etmək olar. Dia.az-a daxil olan məqalədə deyilir:

"Təbii ki, Elmar Məmmədyarov nazir işlədiyi dövrlərdə ayrı-ayrı diplomat və səfirlərimizin də xarici kəşfiyyatlara işləməsinə şərait yaradıb, nədən olub. Bu faktı elə cənab Prezident də öz çıxışında xüsusi olaraq vurğuladı. Görünəni odur ki, bu məsələnin üzərinə çox gediləcək və onlarla səfirimiz Bakıya geri çağrılaraq həbs ediləcək. Bunun başqa variantı yoxdur".

Bildirək ki, ayrı-ayrı ittihamların da yer aldığı məqaləni qısaltmaq və müəyyən dəqiqləşdirmə apardıqdan sonra daha geniş versiyasını təqdim etmək qərarını verdik. Məqalədə daha sonra qeyd olunur ki, Elmar Məmmədyarova yaxın olan bəzi kadrları gələn həftə yeni nazir mütləq yola salacaq:

"Bu gün XİN quldurlar yuvasıdır. DTX-nin əməliyyatı zamanı tam təmizləmə getməyib. Hələ yeni həbslər də olacaq nazirlikdə. Bu xəmir çox su aparacaq".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ