SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Onlardan bir daha bir kitab belə almaram..." - GİLEY

"Onlardan bir daha bir kitab belə almaram..." - GİLEY

Tarix:

18-07-2020, 09:31

/ 2 686 dəfə oxundu.
"Onlardan bir daha bir kitab belə almaram..." - GİLEY

"Müştəriyəm Şikayətim Var" sosial qrupunda yazan şikayətçi Günel xanım "qanun" Nəşrlər Evindən narazılıq edir. DİA.AZ vətəndaşın gileyinin olduğu kimi təqdim edir:

"Qanun nəşrlər evi və Şahbaz Xuduoğlu, bu kitaba nə az nə çox düz 9.90 azn pul vermişəm. (Geri istəyirəm) Çox təəssüflənirəm ki , bu cür mükəmməl kitabla bağlı yadımda qalan sadəcə keçirdiyim əsəb və stresslər oldu.
Tərcüməçiləri türkiyə türkcəsindən kopyalamaqda çox əziyyət çəkib bəlkə amma heç olmasa "fərqinə varmaq" , "vazgeçilməz" "həkim məsləyi" "əndişə" , "ambulans", "sayğı" , "zorunda olduğu", "uyuyar-uyumaz" və bu kimi milyonlarla savadsız "tərcümə"ləri 2 dəqədən bir təkrarlayaraq beynimizə ki yeritməzdi. (nəzərə alaq ki sadəcə 120 səhifə dözə bildim bu savadsızlığa) Redaktorlarının çəkdiyi əziyyət isə göz qabağındadır, 100cü səhifəyə çatmamış 4 ədəd qrammatik səhv tapdım. Bir nəşriyyat təsəvvür edin anatomiya ilə bağlı elmi kitab nəşr edir ama onun redaktəsini bu sahədən anlayışı olana elətdirmir. Mən nə tərcüməçiləri qınayıram , nə də redaktorlarını. Əminəm ki @shahbaz_xuduoğlu minimum xərclə maksimum qazanc əldə etmək istədiyi üçün hər birini yoldan tutur.
Sadəcə çox heyf ki bəzi mükəmməl əsərlərin müəlliflik hüququnu alır və bizi o kitablardan məhrum edir. Nə qədər ki, ölkədə savadlı kütlə yetişdirməyi yox, nə qədər çox pul qazana bilərəm sualını düşünən nəşriyyatlar olacaq onda da hərkəs kitab oxumaqdan qaçacaq.
Bu onlardan ilk şikayətim deyil. Kitabsız qalaram, yeni dil öyrənib o dildən oxuyaram. Amma onlardan bir daha bir kitab belə almaram.
Digər şəkillər redaktə və tərcümə savadsızlıqlarına aid misallardır
Şəkillərlə göstərilən heç bir orqanların izahları tərcümə edilməyib. Niyə? Çünki bu sahədən anlayışı olan birinə redaktə etdirməyiblər (Rəngsiz olmasına toxunmuram , bütün kitablarda bütün şəkilləri rəngsiz verən bir nəşriyyat kimi rəngli versəydiz bu məni çoooox təəccübləndirərdi)
"Onlardan bir daha bir kitab belə almaram..." - GİLEY



Şərhlər

XƏBƏR LENTİ