"Xəmsə” restoranının sahibi qardaşına 450 nəfərlik yas məclisi keçirdiyinə görə cəzalandırıldı
Paytaxtın Nizami rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan yas mərasimi təşkil olunub.
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Nizami RPİ və 24-cü Polis Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyulun 17-də rayonun Naxçıvanski küçəsində keçirilən 40 mərasiminin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Onlarla profilaktik və izahedici söhbətlərdə diqqətə çatdırılıb ki, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.
Qeyd edək ki, iyunun 8-də 450 nəfərin iştirakı ilə “Xəmsə” restoranında təşkil olunun mərhumun 3 mərasiminin qarşısı polis tərəfindən alınaraq, mərasimin təşkilatçısı, mərhumun qardaşı, restoranın sahibi M.Həsənli barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, 5000 manat cərimə olunub.

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı