SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Dövlətdən yardım alan AZAL-ın acgözlüyü Macarıstanda tələbələri çarəsiz qoyub

Dövlətdən yardım alan AZAL-ın acgözlüyü Macarıstanda tələbələri çarəsiz qoyub

Tarix:

17-07-2020, 19:30

/ 1 425 dəfə oxundu.
Dövlətdən yardım alan AZAL-ın acgözlüyü Macarıstanda tələbələri çarəsiz qoyub

Dövlət yenə də vətəndaşına sahib çıxmır. AZAL tələbələri bu dəfə də Budapeştdə aciz duruma salıb”.

Bu sözləri Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, ABŞ-ın tanınmış iqtisadçı professor Qubad İbadoğlu Macarıstanda təhsil alan azərbaycanlı tələbələrin aciz durumda qalmasını sosial şəbəkədə şərh edərkən yazıb. PİA.az tanınmış siyasətçinin yazdığı fikirləri təqdim edir:

“AZAL indi də Macarıstanda tələbələri çətin vəziyyət salıb. Bu günə təyin etdiyi çarter reysini uçuşa 6 saat qalmış təxirə salıb. Biletlərə 350 dollar, COVİD testinə 97 dollar xərcləyən, kirayə etdikləri mənzil və ya yataqxanaları geri qaytarıb, son pullarını xərcləyib regionlardan Budapeştə yol qət edən tələbələr aciz durumdadır, harda qalacaqlarını, nəylə yaşayacaqlarını bilmirlər. Əgər tələbələr uçuşun təxirə salınacaqı barədə heç olmazsa bir gün əvvəl məlumat alsaydılar, yaşayış yerlərini təhvil verib oranı tərk etməzdilər. Büdcədən 86,9 milyon manat dövlət yardımı alan AZAL biletləri 350 dollara satmasına baxmayaraq tələbələri çətin vəziyyətə salmasına rəğmən heç bir məsuliyyəti bölüşmür. Bu nə qədər davam edəcək, onu da bilən yoxdur. Çünki, şirkət tərəfindən rəsmi olaraq da bu məsələyə dair açıqlama verilmir. Dövlət yenə də vətəndaşına sahib çıxmır.

Dostlar xahiş edirəm ki, bu postu çox paylaşaq ki, əlaqədar orqanlara səsimiz çatsın və vaxtında qərar qəbul etsinlər. Ən azından tələbələrə yaşayış xərclərini qısa müddətdəödəmək üçün 200 avro yardım olunmalıdır.

Sərnişinlər yazırlar:

§ Əksəriyyətimiz tələbəyik və təhsil müddətimiz bitdiyindən iyun ayından təqaüdlərimiz dayandırılmış və yataqxanalarda ödənişsiz yaşamaq imkanımız ləğv edilmişdi. Məhdud olan maliyyə imkanlarımız çərçivəsində son pulumuzu bahalı (350 ABŞ dolları) çarter bilətinə ödəmişdik. Belə çətin vəziyyətdə çarterin gözlənilmədən ləğv edilməsi bizi ölkəmizdən kənarda çətin vəziyyətdə saxlamışdır.

§ Uçuşda iştirak etmək üçün hamımız yüksək məbləğ (30000 macar forinti) tələb edən Covid-19 testindən keçmişik. Çətin maliyyə durumumuzda ölkəmizə növbəti qayıdış imkanı yarandıqda hansı vəsaitlə yenidən testdən keçəcəyimizi bilmirik.

§ Bilet çox gec ləğv edildiyindən hamımız yaşadığımız evləri və yataqxanaları təhvil verib çıxmışıq. Növbəti qayıdış imkanı yaranana qədər harada yaşayacağımızı bilmirik. Qısa müddətlik yaşayış yeri tapmaq imkanları məhduddur - ev kirayəsinin minumum müddət tələbi olur, qısa müddətli kirayalərin qiyməti isə normadan çox yüksəkdir.

§ Çarter reysinin ləğv olunması barədə məlumat bizə hava limanında olmağımız tələb olunan vaxtdan cəmi bir neçə saat əvvəl verilib. Əksəriyyətimiz bu məlumatı uçuş məqsədilə Macarıstanın müxtəlif şəhərlərindən Budapestə gələn zaman yolda almışıq. İndi Budapeştə gəlib haraya gedəcəyimizi bilmirik.

§ Aramızda işləyən tələbələr ölkələrinə döndüklərindən ərzilərini yazıb işdən çıxıblar. Macarıstanda yaşamaq üçün son gəlir yerlərini itirdikdən sona qeyri müəyyən vaxta qədər bu ölkədə qalmalı olmaları onları çox ciddi çətinlik qarşısında qoyub. Üstəlik işdən çıxmaq Macarıstnada yaşamağa icazə verən iş icazəsinin qısa müddət sonra ləğv oluması deməkdir. Bu isə müəyyən edilmiş zaman daxilində ölkəni tərk etməmək halında ciddi cərimələr ödəmək məcburiyyətində qalmaq deməkdir.

§ Aramızda bəzilərimiz çarter reysinin açılmasından sonra digər ölkələr vasitəsilə ölkəyə qayıdış üçün aldığımız biletləri cərimə ödənişləri hesabına ləğv etdirmişik. Bu da çarter reysinin də ləğv edilməsindən sonra maliyyə durumumuzu daha da pisləşdirmişdir.

§ Həmçinin qeyd etmək istəyirik ki, çarter reysinin 17.07.2020-ci il tarixinə nəzərdə tutlduğu barədə məlumatı 4 gün qabaq almışıq və yaxınlarımız, valideyn, həyat yoldaşı və övladlarımızla bu sevincverici məlumatla bölüşmüşük. İyulun 17-si saat 22:00-da artıq Bakıda olmağımızı gözləyərkən səhər uçuşdan bir neçə saat əvvəl reysin ləğv olunması bizə və yolumuzu gözləyən yaxınlarımıza maddi ziyan və problemlərdən əlavə, güclü mənəvi və psixoloji zərbə vurmuşdur.
§ Son olaraq qeyd edək ki, çarter reysinin ləğv olunması barədə məlumat bizə uçuşu həyata keçirən Azərbaycan Hava Yolları tərəfindən deyil, səfirlik tərəfindən məlumat verilmiş, məlumatda bu qərar üçün heç bir səbəb, izah və ya üzrxahlıq dilə gətirilməmiş, sadəcə olaraq biletə ödənilən vəsaitin geri alınması üçün Azərbaycan Hava Yollarına müraciət etmək tövsiyyə edilmişdir”.

***
Bir az əvvəl Qubad İbadoğlu yeni paylaşdığı postunda AZAL-ın təxirə salınan reysi bərpa olunub.
Dövlətdən yardım alan AZAL-ın acgözlüyü Macarıstanda tələbələri çarəsiz qoyub


Şərhlər

XƏBƏR LENTİ