SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycanda daha 471 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü

Azərbaycanda daha 471 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü

Tarix:

17-07-2020, 19:28

/ 1 110 dəfə oxundu.
Azərbaycanda daha 471 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü

Azərbaycanda koronavirusa daha 471 yoluxma qeydə alınıb, 7 nəfər vəfat edib

Azərbaycanda 471 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 549 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 26 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 17 805 nəfər müalicə olunaraq sağalıb, 341 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 490 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 023, ötən müddət ərzində isə 610 523 test aparılıb.

Şərhlər

XƏBƏR LENTİ