"Nar” SİM kartlarını yeni eko formatda təqdim etdi!
Ölkənin ən gənc mobil operatoru olan “Nar”, yeni formatda “Nar Eko SİM” kartını təqdim edir. Azərbaycan mobil rabitə bazarında ilk dəfə təqdim edilən eko SİM kartlarda plastik 50% azdır.
Yarı ölçülü SİM kartların ətraf mühitin qorunmasına müsbət təsirləri var. Belə ki, yeni SİM kartlarla həm yaşıl təbiət daha çox qorunacaq, həm də plastik tullantılara qənaət ediləcək. “Nar Eko SİM” kartları mobil operatorun bütün rəsmi satış və xidmət mərkəzlərində yeni müştərilərə təqdim olunacaq.
Xatırladaq ki, “Nar” bundan əvvəl ətraf mühitin qorunması məqsədilə alternativ enerji sistemindən qidalanan ilk baza stansiyasını istifadəyə vermişdi. Bakı şəhəri Səngəçal ərazisində quraşdırılmış baza stansiyası günəş panellərindən əldə olunan enerji ilə çalışır.
Qeyd edək ki, “Nar”ın məhsulları və layihələri haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı