SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Prezident Vüsal Kərimliyə yeni səlahiyyət verdi

Prezident Vüsal Kərimliyə yeni səlahiyyət verdi

Tarix:

11-07-2020, 12:16

/ 1 181 dəfə oxundu.
Prezident Vüsal Kərimliyə yeni səlahiyyət verdi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fərmanda qeyd olunub:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.52-ci bənddə “yaratdığı hallara” sözlərindən sonra “münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Bakı Nəqliyyat Agentliyi” sözləri əlavə edilsin;

1.2. 5.33-1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.33-1. həmin Məcəllənin 346, 346-1.2 – 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Bakı Nəqliyyat Agentliyi baxır;”;

1.3. aşağıdakı məzmunda 5.33-2-ci bənd əlavə edilsin:

“5.33-2. həmin Məcəllənin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi baxır;”.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyi şəxsin dayanma-durma qaydalarının pozulması ilə əlaqədar törətdiyi eyni inzibati xətaya görə təkrar inzibati məsuliyyətə cəlb edilməməsi üçün tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin”.

Dövlət başçısının imzaladığı digər Fərmanla “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilib.

Dəyişiklikdə deyilir: “1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.31-ci bənddən “, 25-ci hissəsində” və “, 85-ci maddəsinin 10-cu bəndinin “Qeyd” hissəsində” sözləri çıxarılsın;

1.2. aşağıdakı məzmunda 2.31-1-ci bənd əlavə edilsin:

“2.31-1. həmin Qanunun 53-cü maddəsinin 25-ci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.2 – 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi halları istisna olmaqla, həmin Qanunun 53-cü maddəsində nəzərdə tutulmuş digər tələblərlə bağlı Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.2 – 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi halları ilə bağlı Bakı şəhərinin inzibati ərazisində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyi nəzərdə tutulur;”;

1.3. 2.37-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.37. həmin Qanunun 85-ci maddəsinin adında, birinci hissəsinin birinci abzasında və 10-cu bəndinin “Qeyd” hissəsində” “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi istisna olmaqla, həmin Qanunun 85-ci maddəsinin 10-cu bəndində nəzərdə tutulmuş digər hallar üzrə Bakı şəhərinin inzibati ərazisində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi halı ilə bağlı Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyi nəzərdə tutulur.”.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200, № 6, maddə 1105, № 9, maddə 1638, № 11, maddə 1984; 2018, № 2, maddə 199, № 3, maddələr 415, 419, 429, № 5, maddələr 915, 927, № 7 (I kitab), maddə 1481, № 8, maddə 1698, № 11, maddələr 2242, 2289, № 12 (I kitab), maddələr 2566, 2597; 2019, № 1, maddə 82, № 2, maddə 213, № 3, maddə 426, № 4, maddələr 620, 630, 649, № 5, maddələr 819, 862; 2020, № 3, maddələr 238, 240, № 4, maddə 404, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 iyul tarixli 1084 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci və 2.2-ci bəndlərdə “346 və 346-1-ci” sözləri “346-1.1 və 346-1.5-ci” sözləri ilə əvəz edilsin, həmin bəndə “342.1.9,” rəqəmlərindən sonra “346, 346-1.2 – 346-1.4,” rəqəmləri əlavə edilsin;

2.2. 2.3-cü bənddən “346.3,” rəqəmləri çıxarılsın və həmin bəndə “330,” rəqəmlərindən sonra “346.3 (Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanılan iş üzrə icraatla bağlı),” sözləri əlavə edilsin;

2.3. 2.4-cü bənddən “Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, Məcəllənin 346, 346-1.2 – 346-1.4-cü maddələrində,” sözləri çıxarılsın, həmin bənddə “və 322.0.10-cu” sözləri “, 322.0.10-cu, 346-cı və 346-1.2 – 346-1.4-cü” sözləri ilə əvəz edilsin;

2.4. 17.0-cı hissədə “346-cı, 346-1-ci” sözləri “346-1.1-ci, 346-1.5-ci” sözləri ilə əvəz edilsin, həmin hissəyə “352.0.2-ci,” sözlərindən əvvəl “346-cı, 346-1.2 – 346-1.4-cü,” sözləri əlavə edilsin.

Şərhlər

XƏBƏR LENTİ