SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Parkovka” işinə baxan Həmid dayıya 100 manat versələr, bütün məsələlərin kökünü izah edər - BNA tənqid edildi

“Parkovka” işinə baxan Həmid dayıya 100 manat versələr, bütün məsələlərin kökünü izah edər - BNA tənqid edildi

Tarix:

8-07-2020, 16:01

/ 1 480 dəfə oxundu.
“Parkovka” işinə baxan Həmid dayıya 100 manat versələr, bütün məsələlərin kökünü izah edər - BNA tənqid edildi

XİN-də keçirilən əməliyyatda məlum oldu ki, Nazirliyin bütün tenderlərdə “otkat” və “şapka” olub – bu yeni xəbər deyil ki, istənilən nazirlik və dövlət orqanında tenderlər məhz belə keçirilir".

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli deyib.

N.Cəfərlinin sözlərinə görə, ən çox pozulan tender qaydalarından biri odur ki, müsabiqədə iştirak edən hüquqi və fiziki şəxslərin tender elan olunan sahədə təcrübəsi olmalıdır: "Amma görürsən ki, 1-2 ay qabaq qeydiyyatdan keçən şirkətlər tenderlərin qalibləri olurlar. Bir daha: Bu hal bütün nazirliklərə və dövlət orqanlarına xasdır. Bu il Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən tender keçirilib, müsabiqənin qalibi "Alpina Parking Consulting” MMC şirkəti olub. Bilirsiz bu şirkət BNA üçün nə edəcək?! Yox-yox, nə yol rəngləyəcək, nə avtobus yuyub-dezinfeksiya edəcək, nə də avtobusların təkərinə hava vuracaq – Şirkər BNA-ya məsləhət verəcək ki, şəhərdə parking məsələsini necə həll etsin. Müqavilənin dəyəri 2 mln. 100 min manatdır – deyəsən, çox ağır məsləhətlər olacaq. Uca Şirvinin ruhuna and olsun ki, Elmlərdə 20 ildir, “parkovka” işinə baxan Həmid dayıya 100 manat versələr, bütün məsələnin kökünü, problemlərin həll yolunu BNA-ya 35 dəqiqəyə (daha tez edərdi e, sadəcə BNA tez anlamaz) izah edər. Hə, lap yadımdan çıxmışdı, "Alpina Parking Consulting” MMC şirkəti cəmi 4 ay qabaq yaradılıb, 2 ay qabaq da bu tenderi udub – adamlar dahidilər yəqin, heç bir təcrübələri yox, uğur hekayələri yox, birdənbirə 2,1 mln. manatlıq məsləhət satmağa nail oldular. Bir az qaşısan, bu şirkətin B(İ)NA uşaqlarına yaxın olduğu üzə çıxacaq..."

Şərhlər

XƏBƏR LENTİ