XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Azərbaycanda daha 523 nəfər koronavirusa yoluxdu, 9 nəfər öldü

Azərbaycanda daha 523 nəfər koronavirusa yoluxdu, 9 nəfər öldü

Azərbaycanda daha 523 nəfər koronavirusa yoluxdu, 9 nəfər öldü
5-07-2020, 20:19

Azərbaycanda 523 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 451 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər isə vəfat edib.

İndiyədək 250 nəfər bu virusdan dünyasını dəyişib, 11 742 nəfər sağalıb.

Ötən müddət ərzində 516 min 533 test aparılıb. Bugünkü test sayı isə 6722-dir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.