SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycanda daha 30 nəfər koronavirusa yoluxdu

Azərbaycanda daha 30 nəfər koronavirusa yoluxdu

Tarix:

22-04-2023, 18:40

/ 570 dəfə oxundu.
Azərbaycanda daha 30 nəfər koronavirusa yoluxdu


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 30 yeni yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 095 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 820 558 nəfər müalicə olunaraq sağalıb, 10 222 nəfər vəfat edib, aktiv xəstə sayı 315 nəfərdir.

Ölkədə son sutka ərzində 833, hazırkı dövrədək isə 7 582 030 test aparılıb.

Şərhlər

XƏBƏR LENTİ