XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Ziya Məmmədovun qardaşının adamı "bu, bizim küçədir" deyir - Özbaşınalıq

Ziya Məmmədovun qardaşının adamı "bu, bizim küçədir" deyir - Özbaşınalıq

Ziya Məmmədovun qardaşının adamı "bu, bizim küçədir" deyir - Özbaşınalıq
2-07-2020, 13:00

Biləcəri qəsəbəsinin Yəhya Hüseynov küçəsində yaşayan sakinlər küçənin hər iki tərəfdən hörülməsindən, yolun kəsilməsindən şikayətçidirlər. Bu barədə redaksiyamıza müvafiq şəkillər göndərən şikayətçilərdən biri - Günay Hüseyn qeyd edir ki, bu ağır karantin günlərində azyaşlı uşaqların yeganə əyləncə yeri olan küçənin hasarlanması ilə onlar evə qapanmalı olacaqlar.

Küçənin hasarlanması təşəbbüsünün şəkillərdə görünən, darvazası qəsr girəcəyini xatırladan imarətin sahibindən gəldiyi bildirilir. Bu şəxs sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovdur. Nəriman Məmmədovun adı oxuculara bir zamanlar başqa bir villasında qətl törədilməsi ilə bağlı yaranan qalmaqaldan tanışdır. O zaman onun Qusar rayonunun Çiləgir qəsəbəsində yerləşən villasının gözətçisi N.Məmmədivun gözü qarşısında başqa bir nəfəri öldürüb və sabiq nazirin qardaşı bu hadisədən şoka düşərək uzun müddət müalicə alıb.

Elə indi küçənin hasarlanmasının əsas səbəbi olaraq N.Məmmədovun küçədən gələn səs-küydən narahat olduğu göstərilir.

Hadisə ilə bağlı şikayətçilər öz şikayətlərini öncə ev sahibinə ünvanlamaq istəyiblər. Ancaq onların qarşısına çıxan Akif adlı şəxs (güman ki, Məmmədovun qohumu, mühafizəçisi) bildirib ki, onlar küçəni yaxşı edib kəsirlər, küçə məhz onlarındır, şikayətçilər əllərindən gələni beş qaba çəksinlər.

Küçə sakinləri icra hakimiyyətinə, bələdiyyə şurasına müraciət etdiklərini, hələ lazımi cavab almadıqlarını, ona görə də məsələni ictimailəşdirməli olduqlarını bildirirlər.

Əməkdaşımız bu olayla bağlı Biləcəriyə ezam olunub, onun hazırladığı geniş reportajı sonrakı saatlarda saytımızda oxuya biləcəksiniz.

Musavat.com
Ziya Məmmədovun qardaşının adamı "bu, bizim küçədir" deyir - Özbaşınalıq


XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.