XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Cərrah Fərman Ceyranlının "İnterpol" xətti ilə axtarışı dayandırıldı - GƏLİŞMƏ

Cərrah Fərman Ceyranlının "İnterpol" xətti ilə axtarışı dayandırıldı - GƏLİŞMƏ

Cərrah Fərman Ceyranlının "İnterpol" xətti ilə axtarışı dayandırıldı - GƏLİŞMƏ
30-06-2020, 13:32

Gürcüstanda həbsdə olan, “Lanset” klinikasının azərbaycanlı həmtəsisçisi, cərrah Fərman Ceyranlını İnterpol xətti ilə axtarışı dayandırılıb.

"BakuPost"un məlumatına görə, onunla bağlı axtarış İnterpolun saytından çıxarılıb.

Xatırladaq ki, Azərbaycan hüquq-mühafizə orqanları 2019-cu ildə F.Ceyranlının barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün "İnterpol"a müraciət olunub.
Həmin axtarış elanında qeyd olunmuşdu ki, 1957-ci il təvəllüdlü Fərman Ceyranlı insan orqanlarının və ya toxumalarının qanunsuz transplantasiyasında təqsirli bilinir.

Qeyd edək ki, 2017-ci ilin may ayında F. Ceyranlı Gürcüstanda saxlanılıb. F. Ceyranlının həmtəsisçisi olduğu “Lanset” klinikası ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Müraciətdə klinikada qanunsuz orqan transplantasiya əməliyyatının icra edildiyi və bu əməliyyatlar zamanı iki nəfərin öldüyü bildirilib. F. Ceyranlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. 2018-ci ilin fevral ayında məhkəmənin qərarı ilə F. Ceyranlı 6 il müddətinə azadlıqdan məhrum olunub. 2018-ci ilin dekabr ayında isə Gürcüstan Apelyasiya Məhkəməsinin qərarı ilə F. Ceyranlı barəsində 6 il azadlıqdan məhrumetmə cəzası 2 il 3 ayadək azaldılıb. Lakin Ali Məhkəmə yenidən onun cəzası 6 ilə qaldırıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.