SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Hadı Rəcəblinin qardaşı qızı külli miqdarda krediti ödəmir - 440 000 manat

Hadı Rəcəblinin qardaşı qızı külli miqdarda krediti ödəmir - 440 000 manat

Tarix:

29-06-2020, 17:51

/ 1 060 dəfə oxundu.
Hadı Rəcəblinin qardaşı qızı külli miqdarda krediti ödəmir - 440 000 manat

Milli Məclisin sabiq deputatı Hadı Rəcəblinin qardaşı qızı Firuzə Rəcəbli 2014-cü ildə "Zaminbank" ASC-dən götürdüyü külli miqdarda krediti ödəməkdən boyun qaçırır.

Kreditin əsas məbləği 300 000 manat, hesablanmış faizlərlə birgə isə 440 000 manat təşkil edir.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən "Zaminbank" ASC-nin lisenziyası ləğv edilib. Ləğvetmə prosedurunu Əmanətlərin Sığortalanması Fondu icra edir.

Kreditini ödəməkdən boyun qaçıran Rəcəbli bildirib ki, borc üzrə iddia müddəti bitib. Beləliklə, Fond Firuzə Rəcəblini 2018-ci ildə məhkəməyə verib. Lakin məhkəmələr Rəcəblinin lehinə qərar çıxarıb.

Maraqlıdır ki, bu yaxınlarda Ali Məhkəmənin çıxardığı qərara əsasən, iş baxılması üçün yenidən apellyasiya məhkəməsinə göndərilib.

Qeyd edək ki, Firuzə Rəcəblinin atası və Hadı Rəcəblinin qardaşı Lənkəran Maliyyə İdarəsinin rəisi İqbal Rəcəbovdur. O, son parlament seçkilərində Lənkəranın 73-cü dairəsinin namizədlərinə və onların nümayəndələrinə qarşı təhdid və hədə-qorxu ilə yadda qalıb. //Index.az//

Şərhlər

XƏBƏR LENTİ