SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Qaradağda bələdiyyə sədri yolu da satdı - İDDİA

Qaradağda bələdiyyə sədri yolu da satdı - İDDİA

Tarix:

21-04-2017, 10:50

/ 84 441 dəfə oxundu.
Qaradağda bələdiyyə sədri yolu da satdı - İDDİA

Qaradağ rayonunda Lökbatan massivi deyilən ərazidə yaşayan sakinlər, ərazinin bələdiyyəsindən şikayətçidirlər.
Məlumat verən sakinlərin sözlərinə görə, bələdiyyə sədri boş gördüyü bütün əraziləri satır. Nəticədə isə yaxınlıqda yaşayan insanlar evlərinə getmək üçün yol tapmırlar.
Durumla yaxından tanış olmaq üçün qeyd olunan əraziyə yollandıq. Deyilən əraziyə çatana qədər yolsuzluqdan xeyli əziyyət çəkdik. Massivə gedən yolların bərbad olması bir yana, küçə itlərinin əlindən də burada mənzil başına çatmaq xeyli çətin məsələdir.
Buna baxmayaraq, öyrəndik ki, ərazidə torpağın bir sotu 7 min manatdır.
Lökbatan bələdiyyə sədri Namizəd İsmayılovdan narazılığını bildirən sakin Nicat Rəhimov söylədi ki, evinə getməyə yol tapmır
“Bələdiyyə sədri demək olar ki, bütün əraziləri satıb. Harada boş yer görürsə, oranı kiməsə satır. Burada belədir ki, hər üç evdən bir, yol olmalıdır. Bizim də evimizin qarşısı yol idi. Həmin yol vasitəsi ilə burada yaşayan camaat mənzillərinə gəlirdilər. İndi isə yolu da satıb, hasarlayıblar. Mənzilimizə nəyinki, avtomobillə, heç piyada belə gələ bilmirik. Bələdiyyə sədri Namizəd İsmayılova bununla bağlı şikayət etdiyimizdə isə bizə qayalıqları göstərib deyir ki, sizin yolunuz oradandır. Sözündən belə çıxır ki, qayalıqları oradan daşıdıb, özümüzə yol çəkməliyik. Yaxşı, bəs bu necə olur? Bizim yolumuz olduğu halda, buranı niyə satır? Həmin qayaların oradan tərpətmək üçün gərək nə qədər xərc çəkəsən. Mən də imkansız adamam. Bunu necə edim? Bir sözlə çətin vəziyyətdəyik”.
Digər mənzilin sahibi Zöhrab Həsənov da deyilənləri təsdiqləyərək bildirdi ki, yolsuzluq problemi ilə yanaşı, ərazi natəmizlik içərisindədir:
“Namizəd İsmayılov bu yolu torpaq kimi öz qardaşına satıb. Nəticədə isə mənzillərə gedən yol bağlanıb. Deyir ki, gedin qayanı yarın, yol çəkin. Ərazidə onsuz da natəmizlik baş alıb gedir. Camaatın kanalizasiyası da, məişət tullantıları da bu ərazidədir. Bununla yanaşı su problemi də mövcuddur. Bu azmış kimi, yolumuzu da bağlayıblar”.
Qonşuluqda yaşayan sakinlər bildirdilər ki, ərazidə təbii qaz və elektrikin verilişində problem olmasa da, su gəlmir. Biz orada olduğumuz zaman sakinlər özləri yeri qazıb, açdıqları cığırla su borusu gətirməyə çalışırdılar:
“Bu su borusunu Qırmızı gölün yanından gətiririk. Bura gətirənə qədər nə zülmlər çəkmişik. Yay aylarında elə olur ki, günlərlə bura su verilmir. Su baxımdan vəziyyətimiz çox pisdir. Bundan başqa yolların da vəziyyətini özünüz görürsünüz. Yollar bərbad vəziyyətdədir. Qışda palçıqdan, yayda da toz-torpaqdan yerimək olmur. Üstəlik də hər tərəf qayalıqdır. Burada yaşayanlar alpinistlərdən çox dağa, qayaya dırmaşmalı olurlar. Bundan başqa “Azərsu”yun işçiləri gəlib bütün xətlərə sayğac qoyublar. Təsəvvür edin ki, borunun bir ucu mənbəyə birləşməyib, ona da sayğac qoyurlar. Deyirlər ki, nə edək, bizə tapşırılıb ki, sayğaclaşma işini tamamlayaq. Sayğacı qoysalar da suyumuzu çəkən yoxdur”, deyə sakinlər bildirdilər.
moderator
Qaradağda bələdiyyə sədri yolu da satdı - İDDİA
Qaradağda bələdiyyə sədri yolu da satdı - İDDİA
Qaradağda bələdiyyə sədri yolu da satdı - İDDİA
Qaradağda bələdiyyə sədri yolu da satdı - İDDİA
Qaradağda bələdiyyə sədri yolu da satdı - İDDİA
Qaradağda bələdiyyə sədri yolu da satdı - İDDİA

Şərhlər

XƏBƏR LENTİ