'Synergy Group”un da vergi borcu varmış – MƏBLƏĞ
Azərbaycanda fəaliyyət göstərən ən iri özəl investisiya şirkətlərindən biri olan “Synergy Group” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Banker.az-a istinadən xəbər veririk ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Synergy Group” MMC-nin 54 min 568 manat vergi borcu var.
Qeyd edək ki, bu borclar barədə son məlumat 23 iyun 2020-ci il tarixinə qədər olandır.
Xatırladaq ki, “Synergy Group” MMC 2010-cu ildə təsis edilib. Bu şirkətin nizamnamə kapitalı 50 000 000 manat və qanuni təmsilçisi Rauf Axundovdur.
“Synergy Group” istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, otelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar etməkdədir.

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı