Elçin Quliyev oğluna yanında iş verib, çiyninə general rütbəsi taxıb – Foto
Dövlət Təhlükəsizlik Xİdmətinin və Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinin Dövlət Sərhəd Xidmətində keçirdiyi anti-korrupsiya əməliyyatları hələ də cəmiyyətdə müzakirə mövzusudur...
Bu arada Dövlət Sərhəd Xidmətində çalışan hərbi qulluqçular Gununsesi.org-a maraqlı bir foto yollayıb. 12 iyun 2019-cu ildəki məşhur 5 km uzunluğu olan bayrağın paradında çəkilən fotoda Elçin Quliyevin oğlu Məhəmməd Quliyev də əks olunub.
Fotoda gənc Məhəmməd Quliyev general rütbəsində görünür. Bu isə Elçin Quliyevin özbaşınalığına bir sübut sayılmalıdır. Çünki, ölkədə general rütbəsini Prezident verir. Bu faktı redaksiyamıza təqdim edən mənbəmiz daha bir məqama diqqət yetirir: ” Maraqlı tərəfi budur ki, Məhəmməd Quliyevin əsgərlik xidmət müddəti 2018-ci ilin iyul ayının 1-dən 2019-cu ilin iyul ayının 1-dək olub. Elçin Quliyevin oğlu əsgərlik müddətində necə olur ki, General-Mayor forması geyinərək , bu tədbirə gəlib?
Elçin Quliyevin oğlunu general forması ilə ictimaiyyətə təqdim etməsi nə dərəcədə düzgündür?! Bundan başqa Elçin Quliyevin oğlu Məhəmməd Quliyev DSX-nin zabitidir , leytenant rütbəsində istintaq idarəsində işləyir. Axı, yaxşı bilir ki, bu əməli "Korrupsiyaya Qarşı Mübarizə Haqqında” qanunla qadağandır”.

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı