SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sabah Bakıda 35 dərəcə isti olacaq

Sabah Bakıda 35 dərəcə isti olacaq

Tarix:

22-06-2020, 14:16

/ 1 060 dəfə oxundu.
Sabah Bakıda 35 dərəcə isti olacaq

23 iyunda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 31-36, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi şimşək çaxanda arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

İyunun 23-24-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Şərhlər

XƏBƏR LENTİ