SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Daha bir "Giveaway" fırıldaqçılığı - Bu dəfə Aysunun adı hallanır

Daha bir "Giveaway" fırıldaqçılığı - Bu dəfə Aysunun adı hallanır

Tarix:

22-06-2020, 14:10

/ 1 817 dəfə oxundu.
Daha bir "Giveaway" fırıldaqçılığı - Bu dəfə Aysunun adı hallanır

Son günlər İnstaqramda ən çox rast gəldiyimiz paylaşım "Giveaway" yarışlarıdır. Demək olar ki, məşhur simaların 90 faizi müxtəlif şirkətlər tərəfindən keçirilən hədiyyəli yarışlara qoşulur, insanları sponsor olmağa çağırırlar. Hər dəfə isə bu cür yarışların nəticəsi qalmaqalla bitir. Belə ki, yarışma sahibləri sponsor olmaq istəyənlərə 10-20-30 min izləyici toplamaq vədi verir, onları şirnikləşdirməyə çalışırlar. Nəticədə isə "follow" yığa bilməyən sponsorlar etiraz edirlər.
Bu günlərdə isə müğənni Aysun İsmayılovanın səhifəsində keçirilən yarışmaya qoşulanlar şikayət edib. Onlar Axşam.az-a müraciət edərək, sponsorluq üçün pul verdiklərini, amma vəd edilən izləyicini toplamadıqlarını bildiriblər. Aysunun 864 minlik səhifəsindən sponsorlar heç 3 min izləyici toplamadıqlarını bildiriblər.

Gülsüm Məcidova adlı xanım ödədiyi pulu geri tələb etdiyini söyləyib:

"Aysun İsmayılovanın səhifəsində keçirilən yarışmada sponsor oldum. Amma mənə deyilən izləyici gəlmədi və vədlər yerinə yetirilmədi. Pulu ödəyənə qədər nə yazırdım, cavab verirdilər. Pulu ödəyib qurtarandan sonra isə cavab vermir. Aysun da heç bir şikayətə cavab vermir. Mənim kimi 165 sponsor eyni şikayəti edir. Bu cür saxta, pul tələsi olan yarışlara qoşulmayın. Ya yeni yarış keçirsinlər, yenidən bizi sponsor etsinlər. Pul ödəmişik, çeklər əlimizdədir. Əks halda məsələni hüquq müstəvisində həll edəcəyik. Burada məsələ pulda yox, insanların hissləri ilə oynamalarıdır. Biz Aysunun adına güvənib pul ödədik. Aysun indi yarıçma ilə bağlı paylaşımını da silib. Heç yarışmada qaliblər də seçilmədi. Təşkilatçı deyir ki, Aysuna 2500 manat vermişəm".

Şəms adlı bloqqer isə yarışmanı heç bir şirkətin yox, Aysunun özünün keçirdiyini idda edib. O bildirib ki, çox az sayda izləyici toplayıb və hazırda həmin "follow"lar yox olur:

"Saxta səhifələrdən izləmə gəlib, indi bir-bir yox olurlar. Aysunun yarışma keçirilən səhifəsi isə məni "qara siyahı"ya atıb".

Geyim satışı ilə məşğul olan başqa bir şəxs isə 30 manat ödədiyini, amma heç bir izləyici toplamadığını bildirib. Bu cür şikayətlər arasında çanta, tac satışı ilə məşğul olan səhifələr, bloqqerlər yer alırlar. Onlar izləyici yığa bilməməkləri ilə yanaşı, "Giveaway"in sonda keçirilmədiyini, insanlara heç bir hədiyyə verilmədiyini də vurğulayıblar.
Daha bir "Giveaway" fırıldaqçılığı - Bu dəfə Aysunun adı hallanır



Şərhlər

XƏBƏR LENTİ