XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » İlham Əliyevdən 455 min manatlıq SƏRƏNCAM

İlham Əliyevdən 455 min manatlıq SƏRƏNCAM

İlham Əliyevdən 455 min manatlıq SƏRƏNCAM
22-06-2020, 12:09

Prezident İlham Əliyev "Biləsuvar rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Sərəncamla Biləsuvar rayonunun Çinarlı kəndində əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.21-ci yarımbəndində göstərilmiş məbləğin 455 000,0 (dörd yüz əlli beş min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.