XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Zakir Qaralov ölüm işinə görə kisələrlə rüşvət aldı" - VİDEO

"Zakir Qaralov ölüm işinə görə kisələrlə rüşvət aldı" - VİDEO

"Zakir Qaralov ölüm işinə görə kisələrlə rüşvət aldı" - VİDEO
18-06-2020, 10:03

2013-cü il mayın 25-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev küçəsi, ev 92, mənzil 8 ünvanında tibb elmləri namizədi, ürək-damar cərrahı, Tibb Universitetinin nəzdində fəaliyyət göstərən müalicə klinikasının kardiologiya şöbəsinin müdiri Cavid Həmişəyev öldürülüb. 1977-ci il təvəllüdlü Cavid Həmişəyevin ölüm səbəbi bəlli deyil.
Hadisə ilə bağlı istintaqın gedişindən narazı olan valideynləri Prezident İlham Əliyevə məktub yazıblar. Bundan sonra onları o vaxt Baş prokuror olan Zakir Qaralov qəbul edib. Baş prokuror cinayətin dəqiq araşdırılacağına söz versə də, vədinə əməl etməyib.
“Biz ona işi araşdıran Nərimanov Rayon Prokurorluğunun müstəntiqi Vüqar Kərimovun cinayət işini bilərəkdən 180 dərəcə səhv istiqamətə yönəltdiyini bildirdik. O isə cavabında müstəntiqim cəzalandırılacağını dedi, amma sözünə əməl etmədi. Bunlar İlham Əliyevin tapşırığına belə məhəl qoymadılar”, - Cavidin anası Hafizə Həmişəyeva deyir.
“Biz heç nə istəmirik, tək istəyimiz oğlumun işinin yenidən açılması və ədalətli məhkəmə keçirilməsidir. Oğlum Cavid Həmişəyev tibb elmləri namizədi, həkim-kardioloq idi.
Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının Angioqrafiya şöbəsinin müdiri idi. Nə günah işləmişdi axı onu öldürdülər? Biz qətli törədənlərlə bərabər qətlin sifarişçisinin də həbs olunmasını istəyirik”.
2014-cü il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 nəfər bu işə görə azadlıqdan məhrum edilib. Lakin valideynlər bu hökmlə razı deyillər. Onlar ölkə rəhbərliyinə müraciət edərək cinayət işinin təkrar araşdırılmasını istəyirlər.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.