Zakir Qaralov barədə qərar veriləcək
Keçmiş Baş prokuror Zakir Qaralov hazırda bir vəzifəsini icra edir.
O, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvüdür.
Onun bu komissiyada qalıb-qalmaması barədə qərarı Konstitusiya Məhkəməsi verə bilər.
Xatırladaq ki, 2004-cü il martın 3-də Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya yaradılıb. Komissiya korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir. Komissiyanın səlahiyyətləri isə Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli qanunu ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən olunur.
Komissiya 15 üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın beş üzvü Prezident, beş üzvü Milli Məclis, beş üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.
Qeyd edək ki, Zakir Qaralovun Baş prokuror kimi səlahiyyət müddəti bu il aprelin 28-də başa çatıb. O, 2000-ci il aprelin 25-dən Baş prokuror vəzifəsində işləyirdi.
Milli Məclisin mayın 1-də keçirilən iclasında Kamran Əliyevin Baş prokuror təyin edilməsinə razılıq verilib. Elə həmin tarixdə Prezident İlham Əliyevin sərəncamı ilə Kamran Əliyev Baş prokuror təyin olunub.Oxu.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək