SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İlham Əliyev və Mehriban Əliyeva vəziyyəti nəzarətə götürdü

İlham Əliyev və Mehriban Əliyeva vəziyyəti nəzarətə götürdü

Tarix:

14-06-2020, 19:35

/ 1 051 dəfə oxundu.
İlham Əliyev və Mehriban Əliyeva vəziyyəti nəzarətə götürdü

Koronavirusa yoluxan Əməkdar artist Bəhram Bağırzadə hazırda Mərkəzi Gömrük Hospitalında müalicə olunur.

Bu barədə jurnalist Həmid Həmidov öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, yaxınlarının dediyinə görə, cümə günü axşam vəziyyəti pisləşən və temperaturu yüksələn aktyoru təcili xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriblər:

“Ona ağ ciyərin zədələnməsi diaqnozu qoyulub. Bəli, bu, koronavirusdur. Dünən səhər isə onu süni komaya salıblar. Qanda oksigenin miqdarı çox aşağı – 40%-ə düşüb. Əvvəlcə süni nəfəs aparatına, daha sonra başqa bir cihaza qoşublar, ağciyərə birbaşa oksigen ötürülür. Vəziyyəti hələlik stabil deyil”.

H.Həmidov qeyd edib ki, aktyorun müalicəsi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb və onlar hazırkı vəziyyətdən xəbərdardırlar.

“Həqiqətən, hər şeyin yaxşı olacağına ümid edirəm. Ümid edirəm və inanıram”, - deyə jurnalist bildirib.

Şərhlər

XƏBƏR LENTİ