SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycanda virtual “Son zəng” başlayıb

Azərbaycanda virtual “Son zəng” başlayıb

Tarix:

12-06-2020, 12:38

/ 913 dəfə oxundu.
Azərbaycanda virtual “Son zəng” başlayıb

Koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycanda ilk dəfə virtual şəkildə "Son zəng" tədbiri başlayıb.

2019-2020-ci tədris ilinin məzunları üçün son zəng ötən illərdən fərqli olaraq Təhsil naziri Ceyhun Bayramov tərəfindən çalınıb.

Sonra bütün bölgələrin məzunları ilə birlikdə virtual himn oxunub.

Daha sonra 3 ay ərzində teledərslər vasitəsilə tədrisi davam etdirən müəllimlər “Azərbaycanım” mahnısını ifa edəcəklər.

Virtual "Son zəng"i “Mədəniyyət”, “ARB 24” və “REAL TV” televiziyası, eləcə də Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən, həmçinin saat 12:25-də İctimai televiziyanın efirindən izləmək mümkündür.

Qeyd edək ki, bu il respublikanın ümumtəhsil məktəblərinin 11-ci siniflərini 80 646 şagird bitirəcək.

Şərhlər

XƏBƏR LENTİ