XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Prokurorluq Balakəndəki qəza ilə bağlı məlumat yaydı

Prokurorluq Balakəndəki qəza ilə bağlı məlumat yaydı

Prokurorluq Balakəndəki qəza ilə bağlı məlumat yaydı
12-06-2020, 12:00

Balakən rayon prokurorluğunun MƏLUMATI

İyunun 11-də saat 20 radələrində Balakən rayonunun Mahamalar kəndi ərazisində rayon sakini, 1993-cü il təvəllüdlü Vaqif Musayev idarə etdiyi “VAZ 21015” markalı 99 –RE-173 dövlət qeydiyyat nişanlı avtomobillə sərxoş halda hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılmış, nəticədə avtomobildə olan sərnişinlər Elçin Verdiyev və Kənan Yüzbaşıyev aldıqları xəsarətlərdən hadisə yerinə ölmüş, sürücü və digər sərnişin Elmar Şahverdiyev isə aldıqları bədən xəsarətləri ilə Zaqatala rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişlər.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərək hadisə yerinin sxemi tərtib olunmuş, müvafiq ekspertizalar təyin edilmiş, şahidlərin ifadəsi alınmış və digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.