XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Niyə əkib, doğub tökürsünüz bu qədər insanı küçələrə?” - Zaur Baxşəliyev

"Niyə əkib, doğub tökürsünüz bu qədər insanı küçələrə?” - Zaur Baxşəliyev

"Niyə əkib, doğub tökürsünüz bu qədər insanı küçələrə?” - Zaur Baxşəliyev
11-06-2020, 09:24

"Statistikada Azərbaycandakı əhalinin sayı göstərilib. Savadsız vətəndaşların sayının artırılmasının nə mənası var? Niyə onların sayını artırmalıyıq? Əgər bir uşağa savad verə bilməyəcəyiksə, kəmiyyətlə deyil, keyfiyyətlə qürrələnməliyik. Qürrələnməliyik ki, keyfiyyətli artımımız var”.

Bu sözləri ATV telekanalında yayımlanan “Bizimləsən” sosial-ictimai proqramın aparıcısı Zaur Baxşəliyev verilişə pənah gətirən üç qardaşın valideyinləri tərəfindən savadsız böyüdüldüklərini aşkara çıxaran zamanı deyib.

Z.Baxşəliyev dünyaya uşaq gətirən valideyinləri övladlarına savad verməməkdə və məsuliyyətsizlikdə ittiham edib:

“Bizə pənah gətirən bu şəxsin 18 yaşı var, amma hərf tanımır. Qardaşların hər üçü nə yazmağı, nə də ki, oxumağı bilir. Sözləri belə doğru söyləyə bilmir. Niyə əkib, doğub, tökürsüz bu qədər insanı küçələrə? İnsan var ki, 60 yaşında ata olur, uşağını oxutdurub, yüksək savad verir, arxasında dayanır. Bu işlərin yaşla yox, cahilliklə əlaqəsi var. Çoxlarımız sovet dövrünü görmüş insanlarıq. O zamanlar birimiz dərsə getməyəndə məktəb ayağa qalxırdı. Məktəb direktoruna qədər hamı bilirdi ki, burada belə bir uşaq var ki, o dərsə gəlmir. Niyə müəllimlər uşaqlarla maraqlanmırlar? Bəlkə valideyn içki düşkünüdür, narkomandır və ya düzgün yolun yolçusu deyil...

Bu kimi həssas və olduqca ciddi məqamlarda qəyyumluq, himayə şöbəsi hara baxır? Bir ailədə üç uşaq böyüyür, heç biri də nə oxumağı, nə də yazmağı bacarır. Savadsızdırlar...

Niyə belə olan halda onlar uşaqlarla maraqlanmırlar? Bəlkə valideynin əqli qüsuru, ruhi problemi var və ya uşağını doğru-düzgün məktəbə yola sala bilmir... Bizə pənah gətirən bu qardaşlar qeydiyyatda belə yoxdurlar. Heç şəxsiyyət vəsiqələri belə yoxdur. İraq olsun, birdən gedib hər-hansısa bir cinayət törətsə, bunu haradan axtarıb tapacaqlar? Burada vətəndaşın məsuliyyətsizliyini kənara qoyuram. Burada birbaşa məsuliyyəti daşıyan xüsusi qurumlar var ki, onlar bu uşaqlarla yaxından məşğul olmalıdırlar”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.