XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Daha 339 nəfərdə koronavirus aşkarlandı - 4 nəfər vəfat etdi

Daha 339 nəfərdə koronavirus aşkarlandı - 4 nəfər vəfat etdi

Daha 339 nəfərdə koronavirus aşkarlandı - 4 nəfər vəfat etdi
10-06-2020, 22:01

Azərbaycanda 339 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 114 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 8530 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4720 nəfər müalicə olunaraq sağalıb, 102 nəfər vəfat edib, 3708 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6832 koronavirus testi aparılıb.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 356 032 test aparılıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.