XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Yasamalda qadına "dovşan" deyən polis işdən çıxarıldı - FOTO

Yasamalda qadına "dovşan" deyən polis işdən çıxarıldı - FOTO

Yasamalda qadına "dovşan" deyən polis işdən çıxarıldı - FOTO
9-06-2020, 10:18

İyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib.

HİT.Az-ın xəbərinə görə, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və ondan üzr istənilib.

Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilib.
Yasamalda qadına "dovşan" deyən polis işdən çıxarıldı - FOTO

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.