Vilayət Eyvazov qadına görə polisi işdən qovdu
Daxili İşlər Nazirliyi Yasamal rayonunda bərbərxanada qadına qarşı zorakılıq hərəkətləri edən polis əməkdaşı ilə bağlı araşdırmanı yekunlaşdırıb.
Həmin videogörüntülər DİN-də hərtərəfli və operativ araşdırılıb.
Yekunda fakt təsdiqini tapıb. Həmin qapalı məkanda xanıma qarşı kobudluq edən şəxsin Yasamal RPİ 27-ci Polis Bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğlu olduğu müəyyən edilib.
Camal Qubadov polis adına yaraşmayan əməlinə görə tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, hadisə fevralın 12-si saat 16 radələrində Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən bərbərxanaların birində baş verib.
Məlumata görə, Yasamal RPİ 27-ci Polis Bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğlu bərbərxanaya daxil olaraq, qeydiyyatçı işləyən qadına maska taxmadığına görə cərimə yazacağını bildirib. Vətəndaş isə maska taxdığını bildirərək buna etiraz edib.
Daha sonra isə sahə müvəkkili bərbərxanada həmin qadına qarşı fiziki təzyiq edərək onu itələyib. Ardınca isə polis əməkdaşı C.Qubadov həmin xanımı polis bölməsinə aparıb və ona cərimə protokolu yazılıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...