XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxdu - 5 nəfər vəfat etdi

Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxdu - 5 nəfər vəfat etdi

Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxdu - 5 nəfər vəfat etdi
3-06-2020, 20:55

Azərbaycanda daha 325 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1954, 1955, 1956, 1973 və 1978-ci il təvəllüdlü 5 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 6260 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3665 nəfər müalicə olunaraq sağalıb, 76 nəfər vəfat edib, 2519 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 61 nəfərin vəziyyəti ağır, 78 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 315.527 test aparılıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.