XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » DTX və Prokurorluq bu uşaq xəstəxanasına çağırıldı

DTX və Prokurorluq bu uşaq xəstəxanasına çağırıldı

DTX və Prokurorluq bu uşaq xəstəxanasına çağırıldı
16-05-2020, 22:25

Paytaxtın Bakıxanov qəsəbəsində yerləşən 5 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasının ərazisini bir hissəsi satılaraq yerində malikanə inşa olunub.

Bu barədə Reportyor.info-ya danışan xəstəxananın keçmiş işçisi Pərvanə Tağıyeva baş həkim əvəzi Güllü Əhmədovanı ittiham edib. P.Tağıyevanın sözlərinə görə, etdiyi şikayətlər səbəbindən 5 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında cəmi 8 ay çalışdığı dövrdə əsassız yerə töhmət, sonra şiddətli töhmət alıb, sonda isə Əmək Məsəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə qanunsuz olaraq işdən azad edilib. Şikayətçi prezidentə müraciətində bildirib ki, xəstəxanada baş verənlər araşdırılmalıdır, xəstəxananın həyətinin bir hissəsinin satılması faktı təftiş edilməlidir. Baş Prokurorluq yanında Korrupsiya ilə Baş Mübarizə İdarəsinə, digər orqanlara məktublar ünvanlayan P.Tağıyeva video çıxışında ölkə rəhbərliyindən pozulan hüquqlarının bərpası üçün köməklik göstərilməsini xahiş edib. Eyni zamanda G.Əhmədovanın və himayəçilərinin qanunsuz hərəkətlərinin yoxlanılmasını istəyib. Onun dediyinə görə, Güllü Əhmədova baş həkimi əvəz edir, hələ təsdiqlənməyib. Bu müddət ərzində Güllü həkim xəstəxananın həyətindən iki sot torpağı qonşuluqdakı villanın sahibinə sata bilib. Bu ərazidə torpağın bir sotu 35 min manata təklif edilir. Baş həkim dövlət əmlakını qeyri-qanuni yolla sataraq ən azı 70 min manat qazanc edə bilib. Hər halda ölədə gedən antikorrupsiya ilə mübarizə çərçivəsində vətəndaşın bu iddiaları da araşdırıla, həqiqət olub-olmadığı aydınlaşdırıla bilər.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.