Baş həkim işdən azad olundu: digərlərinə şiddətli töhmət verildi
Sumqayıt şəhər Səhiyyə şöbəsində tibb müəssisələrinin baş həkimlərinin iştirakıyla iclas keçirilib.
Məlumata görə, iclasda bir sıra baş həkimlər işlərində yol verdiyi nöqsanlara görə cəzalandırılıb.
Belə ki, Sumqayıt şəhər 1 nömrəli Şəhər xəstəxanasının baş həkimi Nazim Hüseynquliyevə, Sumqayıt şəhər 3 nömrəli poliklinikanın baş həkimi Ariz Axundova və Sumqayıt Psixiatriya xəstəxanasının baş həkimi Mail Tağıyevə töhmət, Sumqayıt şəhər akademik U. Musabəyli adına Rayonlararası Göz Xəstəxanasının baş həkimi İradə Əliyeva və şəhərdə fəaliyyət göstərən qadın məsləhətxanalarının baş həkimlərinə isə şiddətli töhmət verilib.
Qeyd edək ki, Sumqayıt Psixiatriya xəstəxanasının baş həkimi Mail Tağıyev töhmət aldıqdan sonra işdən azad olunmasıyla bağlı istefa ərizəsi yazıb və tutduğu vəzifədən azad edilib.
Xatırladaq ki, ötən gün M. Tağıyev saytımıza açıqlamasında məzuniyyətdə olduğunu və işə noyabrın 14-də çıxacağını bildirmişdi.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...