Sevda Məmmədəliyevanın kadrı ilə bağlı niyə tədbir görülmür?
Nazir əvəzi Adil Kərimli Samux Musiqi Məktəbində olanlardan xəbərdar olmalıdır
Dövlət Təhlükəsizlik Ximətinin 2020-ci ilin may və 2022-ci ilin noyabr ayında Mədəniyyət nazirliyində keçirdiyi xüsusi əməliyyat zamanı aşkara çıxarılan korrupsiya maxinasiyaları cəmiyyətdə ciddi rezonans yaratdı. İllərdir dövlətin mədəniyyət sahəsinə ayırdığı yüz milyonlarla vəsaitin korrupsioner şəbəkə tərəfindən müxtəlif yollarla mənimsənilməsi faktı Mədəniyyət nazirləri Əbülfəs Qarayevlə, Anar Kərimovun vəzifələrindən qovulması ilə nəticələndi.
Hüquq mühafizə orqanlarının Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatlardan nəticə çıxarmayan, Mədəniyyət nazirliyinin tabeliyində fəaliyyət göstərən bəzi müəssisələrdə hələ də dövlətin büdcəsini talayan rəhbər şəxslər vəzifələrində qalmaqdadır.
Xalqxeber.az verir ki, belə şəxslərdən biridə Samux şəhər Uşaq Musiqi Məktəbinin direktoru Ülviyyə Nadirovadır.
Bildirək ki, Samux şəhər Uşaq Musiqi Məktəbi Ülviyyə Nadirovanın Mədəniyyət Nazirliyinin rəhbər heyyətində güclü himayədarının olduğu deyilir. Məlumata görə Ülviyyə Nadirovanın himayədarı Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevadır. Məhz xanım müavinə arxalanan Ülviyə Nadirova Samux şəhər Uşaq Musiqi Məktəbini şəxsi obyekti kimi idarə edir.
Qeyd edək ki, Ülviyyə Nadirova 2004-cü ildən Samux şəhər Uşaq Musiqi Məktəbinə rəhbərlik edir. Hansısa səbəblərdən bu illər ərzində bir dəfə də olsun Samux şəhər Uşaq Musiqi Məktəbində ciddi audit aparılmayıb.
Bir müddət öncə ölkə mətbuautında Samux şəhər Uşaq Musiqi Məktəbində xeyli sayda "ölü canlar"ın olması və təsərrüfat, texniki, həmçinin pedoqoji heyətin bir qisminin məktəbə işə gəlmədiyi və onların maaş kartlarının Ülviyyə Nadirovada olması ilə bağlı məlumatlar yayılmışdı.
Həmin məlumatlarda iddia edilirdi ki, Ülviyyə Nadirova zamanını Samux şəhər Uşaq Musiqi Məktəbindən daha çox Bakıda keçirir. 22 ildir Samux şəhər Uşaq Musiqi Məktəbinə rəhbərlik edən Ülviyyə Nadirovanın büdcə hesabına əldə etdiyi pulları daha çox daşınmaz əmlaka yatırtdığı iddia edilir.
Hazırda onun Bakıda yeni inşa edilən binalarda dəyəri yüz min manatlarla ölçülən lüks mənzilləri var.
Yeni nazir əvəzi Adil Kərimli Samux şəhər Uşaq Musiqi Məktəbində baş verənlərdən xəbər tutarsa bu Ülviyyə Nadirovanın vəzifəsindən çıxarılması ilə nəticələnər.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır