XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Havanın temperaturu 4-7 dərəcə aşağı enəcək (XƏBƏRDARLIQ)

Havanın temperaturu 4-7 dərəcə aşağı enəcək (XƏBƏRDARLIQ)

Havanın temperaturu 4-7 dərəcə aşağı enəcək (XƏBƏRDARLIQ)
8-05-2020, 17:07

Bakı və Abşeron yarımadasında mayın 9-u günün ikinci yarısından 11-dək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s, yarımadanın bəzi yerlərində arabir 25 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 10-da arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında mayın 9-u günün ikinci yarısından 11-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv, şimal və qərb rayonlarında güclü olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dağətəyi rayonlarda dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.