XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Müddət azaldılır" - Sosial yardım alanların NƏZƏRİNƏ

"Müddət azaldılır" - Sosial yardım alanların NƏZƏRİNƏ

"Müddət azaldılır" - Sosial yardım alanların NƏZƏRİNƏ
5-05-2020, 13:40

Azərbaycanda aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı dövlət sosial yardımının ödəniş müddəti azaldılır.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

O deyib ki, hazırda ünvanlı dövlət sosial yardımı iki il müddətinə təyin edilir:

"Bizim təhlillər onu göstərir ki, yardım müddətinin iki il olması bir çox hallarda aztəminatlı ailələrdə asılılıq, ələbaxımlılıq yaradır. Bunu aradan qaldırmaq üçün ünvanlı dövlət sosial yardımının alınma müddəti iki ildən bir ilə endirilir. Bu yardım təyin edildiyi ayın 1-dən etibarən 1 il müddətində təyin olunacaq".

B.Hüseynov bu məsələnin “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna təklif edilən yeni dəyişikliklər layihəsində öz əksini tapdığını söyləyib.

Nazirlik rəsmisi qeyd edib ki, layihə baxılmaq üçün artıq Milli Məclisə təqdim edilib.

B.Hüseynov təklif edilən dəyişikliklərin vətəndaşların sosial yardım almaq imkanlarını genişləndirdiyini söyləyib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.