XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Bakcell" yeni internet paketini istifadəyə verib

"Bakcell" yeni internet paketini istifadəyə verib

"Bakcell" yeni internet paketini istifadəyə verib
5-05-2020, 12:04

"Bakcell” şirkəti abunəçilərin böyük həcmdə internet trafikinə artan tələbatını ödəmək məqsədilə yeni internet paketini istifadəyə verib.

Yeni “20 GB + gecədən səhərə Limitsiz İnternet” paketini 25 manata əldə edən “Bakcell” abunəçiləri 20 GB trafiklə yanaşı, gecə saat 01:00-dan səhər 10:00-dək limitsiz internetdən yararlanacaqlar. Bundan əlavə, paketin aktivləşdirildiyi gündən başlayaraq 30 gün ərzində paketin əsas trafik həcmi (20 GB) bitsə belə, internet istifadəsi gecə və səhərlər limitsiz qalacaq.

“20 GB + gecədən səhərə Limitsiz İnternet” paketini *444*20# YES kodu vasitəsilə, eyni zamanda mobil nömrənin balansına və trafik qalığına daha rahat şəkildə nəzarət imkanı verən “Mənim Bakcellim” tətbiqetməsinin müvafiq bölməsinə daxil olaraq aktivləşdirmək mümkündür.

Bu unikal fürsət barədə daha ətraflı məlumatı “Mənim Bakcellim” tətbiqetməsində və ya https://www.bakcell.com/az/unlimited-nights-morning-internet-bundle səhifəsində əldə etmək olar.

“Bakcell” şirkəti məhsul və xidmətlərinin keyfiyyətini müntəzəm qaydada artırmaqla abunəçilərinə daha yaxşı müştəri təcrübəsi təqdim edəcək. Bunun üçün Azərbaycanın ən sürətli mobil şəbəkəsinin bütün texniki imkanları mövcuddur.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.