Əlilliyi olan şəxslərə 333 reabilitasiya vasitəsi evlərinə aparılaraq verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi xüsusi rejimli karantin müddətində gücləndirilmiş rejimdə səyyar xidmətlərini davam etdirir.
Bu müddət ərzində Mərkəz tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə 184 nəfər əlilliyi olan şəxsə 333 reabilitasiya vasitəsi yaşadıqları ünvanlara aparılaraq təqdim edilib.
Əlilliyi olan şəxslər müraciətlərinə əsasən ehtiyac duyduqları əlil arabası, dördayaqlı dayaq vasitəsi, qoltuqaltı və dirsəkaltı ağac, əsa və s. reabilitasiya vasitələri ilə təmin olunub.
Bu da əlilliyi olan şəxslərə və pandemiyanın yayılmasının qarşısının alınması üçün elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar aparılan “Evdəqal” çağırışına dəstək məqsədi daşıyır.
AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ 





Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək