XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Səfər Mehdiyev tapşırıqlara belə əməl edir... - İDDİA

Səfər Mehdiyev tapşırıqlara belə əməl edir... - İDDİA

Səfər Mehdiyev tapşırıqlara belə əməl edir... - İDDİA
16-04-2020, 12:39

“Çalışın ki, bizim bütün keçidlərimiz ən yüksək səviyyədə təmir edilsin. Çünki biz vaxtilə bütün keçid məntəqələrini yenidən qurmuşuq, amma artıq vaxt keçib, on ildən çox vaxt keçib. Ona görə orada yeni avadanlığın quraşdırılması, vətəndaşlar, maşınlar üçün daha rahat keçidin təmin edilməsi məsələlərinə də mütləq baxmaq lazımdır”. Xatırladaq ki, bunu prezident İlham Əliyev bu ilin yanvar ayında hökumət üzvlərinin iştirakı ilə keçirilən müşavirədə demişdi. O, bildirib ki, gömrük-keçid məntəqələri ilə bağlı verdiyi tapşırıqlar icra edilir.

DİA.AZ bildirir ki, Dövlət Gömrük Komitəsinin (DGK) sədrinə xitabən Prezidentin söylədiyi bu fikirlər deyəsən, DGK rəhbərliyi tərəfindən yanlış anlaşılıb və əlavə qazanc mənbəyinə çevrilib.

Belə ki, DGK-dakı mənbələrdən redaksiyamıza verilən xəbərə görə, hazırda gömrük sistemində yeni yığım başlayıb. Mənbənin dia.az-a söylədikləri:

"Demək olaraq əksər DGK çalışanları qarşısında əlavə tələb qoyulub. Gömrük məntəqələrinə yeni avadanlıqların alınması üçün Səfər Mehdiyevin adından pul toplanılır. Kiminsə etiraz hüququ yoxdur. Nəticəsi bəllidir, etiraz edən işdən qovulacaq. Xırda çalışanların isə maaşlarının müəyyən hissəsi tutularaq mərkəzə göndərilir. Belə çıxır ki, Səfər Mehdiyev yeni avadanlığı dövlət büdcəsinin vəsaiti ilə yox, gömrük çalışanlarının hesabına almağı düşünür. "lə təqdim edəcək ki, guya alınan yeni avadanlıqlar daxili imkanlar hesabına əldə edilib. Halbuki zərbə DGK çalışanlarına dəyir".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.