XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » İstilik mövsümü aprelin 25-nə qədər uzadılıb

İstilik mövsümü aprelin 25-nə qədər uzadılıb

İstilik mövsümü aprelin 25-nə qədər uzadılıb
15-04-2020, 11:43

Baş nazir Əli Əsədovun tapşırığına əsasən, istilik mövsümü uzadılıb...
Bu barədə açıqlamasında "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini İlham Mirzəliyev bildirib.

O qeyd edib ki, Baş nazirin tapşırığına əsasən, yaşayış binaları aprelin 25-nə qədər istiliklə təmin olunacaq: "Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əsasən insanlar evdə olduğu üçün bu tapşırıq verilib. Hava hazırda o qədər də isti olmadığından temperatur rejimini tənzimləmək və insanların rahatlığı üçün binaların istiliklə təmin olunmasının aprelin 25-nə qədər uzadılması məqsədəuyğun hesab edilib".

Qeyd edək ki, istilik mövsümü aprelin 15-də başa çatırdı.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.