Özünüməşğulluq proqramına dəstək verən bankların sırası genişlənir
Hansı banklar artıq özünüməşğulluq proqramına dəstək prosesinə qoşulub?
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü özünüməşğulluq proqramının genişləndirilməsi işlərində bankların da iştirakına şərait yaradıb.
Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında əməkdaşlığa dair imzalanan memorandumun icrası istiqamətində fəal iş aparılır.
İlkin mərhələdə bu proqramın icrasına ölkədə fəaliyyət göstərən 7 bank - “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Accessbank” QSC, “Bank Respublika” ASC, “Rabitəbank” ASC, “Turanbank” ASC qoşulub.
Aparılan birgə işlər əhalinin həssas qruplarının (əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, məcburi köçkünlərin, işsiz və işaxtaran şəxslərin və b.) məşğulluğunun artırılması və kiçik sahibkarlığa çıxışının dəstəklənməsində əlavə imkanlar yaratmaqdır.
Bu, eyni zamanda, hazırda koronavirus (COVİD-19) pandemiyasının ölkədə mənfi sosial-iqtisadi təsirlərinin azaldılması, məşğulluq məsələlərinin həlli sahəsində aparılan fəal dövlət siyasətinə bir dəstəkdir.
Son günlərdə banklar müvafiş işlərə, proqrama cəlb olunmuş vətəndaşlarla müvafiq qrant müqavilələrinin imzalanmasına və onlara əsasən xidmət və istehsalat sahələri üzrə aktivlərin (o cümlədən natura şəklində material, avadanlıq və digər əmlakların) 2 il müddətinə müqavilə əsasında əvəzsiz olaraq təqdim edilməsinə başlayıblar.
AZƏRBAYCAN RESPUBLİKASININ
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ
AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI
AZƏRBAYCAN BANKLAR ASSOSİASİYASI






Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək